Muminun - 23:62
Biz heç kimsəyə gücünün yetdiyindən artıq məsuliyyət yükləmərik. Qatımızda gerçəyi söyləyən bir Kitab vardır. Heç kimsə haqsızlığa uğradılmayacaqdır.
Cənnət əhli olmaq üçün yerinə yetirilməsi lazım olan müttəqi davranışlar, insanın tutumundan artıq öhdəliklər deyildir:
Əraf/7:42
İman edib müttəqi bir həyat yaşayanlara gəlincə, biz heç kimsəyə gücünün yetdiyindən artıq məsuliyyət yükləmərik; onlar cənnət əhlidir. Onlar orada əbədi qalıcıdırlar.
Ali İmran/3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Nisa/4:124
Kişi və ya qadın, hər kim iman edərək müttəqi bir həyat sürərsə cənnətə girər və ən ufaq bir haqsızlıq görməz.
Bəqərə/2:62
İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, mükafatı Rəblərinin yanındadır. Onlara qorxu yoxdur və onlar üzülməzlər.
Maidə/5:69
İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Bəqərə/2:82
İman edib müttəqi bir həyat yaşayanlara gəlincə, onlar cənnət əhlidir. Onlar orada əbədi qalıcıdırlar.
Bəqərə/2:111
“Yəhudi və ya Xristianlardan başqası cənnətə daxil ola bilməz!" - dedilər. Bu, onların boş və əsassız sözləridir. De ki: "Doğru sözlülərsinizsə dəlilinizi gətirin."
Bəqərə/2:112
Doğrusu, kim yaxşılıq edərək özünü Allaha təslim edərsə, onun mükafatı Rəbbinin yanındadır; onlara qorxu yoxdur və onlar üzülməyəcəkdir.
Bəqərə/2:214
Yoxsa siz, sizdən öncəkilərin başına gələnlərin bənzəri sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınızımı sanırsınız? Onlar çətinlik və sıxıntıya uğradılar və elə sarsılmışdılar ki, elçi və bərabərindəki iman edənlər, “Allahın yardımı nə zamandır?”– dedilər. Yaxşı bilin ki, Allahın yardımı yaxındır.
Ali İmran/3:135
O kəslər ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı xatırlayar və günahları üçün bağışlanma diləyərlər, – Onsuzda Allahdan başqa kim günahları bağışlaya bilər ki? – və onlar bilə-bilə günah işləməyə davam etməz.
Ali İmran/3:136
Onlara, Rəblərindən bağışlanma və ağacları altından çaylar axan cənnətlərlə qarşılıq verilər; orada sürəkli qalarlar. Çalışanların mükafatı necə də gözəldir.
Ali İmran/3:198
Rəblərini dinləyənlər üçün içərilərində çaylar axan cənnətlər var. Allah tərəfindən bir məskən olaraq orada əbədi qalacaqlar. Yaxşılar üçün Allahın yanında olanlar daha xeyirlidir.
Tovbə/9:20
İman edənlər, köç (hicrət) edənlər, pullarıyla (mallarıyla) və canlarıyla Allah yolunda səy göstərənlər üçün Allah yanında daha böyük bir dərəcə vardır. Onlar qazananlardır.
Tovbə/9:21
Rəbləri onlara, Özündən bir rəhmət, bir razılıq və içində əbədi nemətlərin olduğu cənnətləri müjdələyir.
Tovbə/9:111
Allah iman edənlərin canlarını və mallarını cənnət qarşılığında satın almışdır. Allah yolunda savaşırlar, öldürürlər və öldürülürlər. Bu, Onun Tövratda, İncildə və Quranda verdiyi bir sözdür. Verdiyi sözü, Allahdan daha yaxşı kim yerinə yetirə bilər? Elə isə bu alış-verişinizə görə sevinin. Ən böyük uğur budur.
Məryəm/19:60
Tövbə edən, iman edən və müttəqi davrananlardan başqa. Onlar ən xırda bir haqsızlığa uğramadan cənnətə girərlər.
Muminun/23:1
İman edənlər uğur qazanmışlardır.
Muminun/23:2
Həqiqətən onlar namazlarında ehtiramlıdırlar.
Muminun/23:3
Boş sözlərdən üz çevirirlər.
Muminun/23:4
Zəkatı həyata keçirirlər.
Muminun/23:5
Və cinsi əlaqələrdən ehtiyat edirlər;
Muminun/23:6
Ancaq zövcələri yəni andlarının/müqavilələrinin haqq sahibi olduqları xaric. Onlar qınanmazlar.
Muminun/23:7
Kim bundan başqasını axtararsa, həddi aşmış olar.
Muminun/23:8
Onlar (o kəslər) ki, onlara əmanət edilən şeylərə diqqət edərlər. Verdikləri sözləri də yerinə yetirirlər.
Muminun/23:9
Onlar ki, namazlarını müntəzəm olaraq qoruyurlar.
Muminun/23:10
Məhz varis olanlar onlardır.
Muminun/23:11
Cənnətə mirasçı olacaq və orada əbədi qalacaqlar.
Fussilət/41:30
"Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."
Əhqaf/46:13
"Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Əhqaf/46:14
Onlar cənnət əhlidir; etdiklərinə qarşılıq olaraq, orada əbədi qalacaqlar.
Əhqaf/46:15
Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.
Əhqaf/46:16
İşlədiklərinin ən yaxşısını qəbul etdiyimiz və pisliklərini keçdiyimiz bu kimsələr cənnət əhli arasındadırlar. Bu, onlara verilən doğru sözdür.
Rahmən/55:46
Rəbbinin görkəmindən qorxanlar üçün iki cənnət var.
Təhrim/66:8
Ey iman edənlər, Allaha ürəkdən tövbə edin ki, Rəbbiniz pisliklərinizi örtsün və altından çaylar axan cənnətlərə daxil etsin. Allah, o gün peyğəmbəri və bərabərində olanları utandırmaz. Nurları, önlərindən sağ yanlarına doğru yayılar və, "Rəbbimiz, bizim üçün nurumuzu tamamla və bizi bağışla; Sən hər şeyə Gücü Yetənsən," deyərlər.
Məaric/70:22
Ancaq Namaz qılanlar xaric:
Məaric/70:23
Onlar ki, namazlarını diqqətdən yayındırmazlar;
Məaric/70:24
Paralarında (pullarında) bilinən bir pay (zəkat) ayrılmışdır,
Məaric/70:25
İstəyən miskinə və imkanı olmayan yoxsula...
Məaric/70:26
Onlar Din Gününü təsdiq edərlər;
Məaric/70:27
Rəblərinin əzabından çəkinirlər;
Məaric/70:28
Rəblərinin əzabına güvən olmaz.
Məaric/70:29
Onlar cinsi əlaqədən ehtiyat edirlər;
Məaric/70:30
Ancaq həyat yoldaşları yəni, andlarının/anlaşmalarının haqq sahibi olduqları xaric. Onlar qınanmazlar.
Məaric/70:31
-bundan başqasını axtaranlar isə həddi aşanlardır.-
Məaric/70:32
Onlar etibarlıdırlar, sözlərinə bağlıdırlar;
Məaric/70:33
Olduğu kimi şahidlik edərlər;
Məaric/70:34
Namazlarının yaxşı olması üçün böyük səy göstərirlər.
Məaric/70:35
Onlar cənnətlərdə qarşılanarlar.
Naziat/79:40
Rəbbinin məqamına qarşı hörmət göstərən və özünü pis arzulardan saxlayanlara gəlincə,
Naziat/79:41
Gediləcək yer cənnət olacaqdır.