Muminun - 23:71
Gerçək onların arzularına tabe olsaydı, göylər, yer və içlərindəkilər fəsada uğrayardı. Halbuki onlara mesajlarını verdik, ancaq çoxları mesajlarından üz çevirməkdədir.
Kafirlərin nəfislərinin istəyi nə idi və necə bir fəsada uğrayardı?
Ənbiya/21:22
O ikisində (göylər və yerdə) Allahdan başqa tanrılar olsaydı, ikisi də fəsada uğrayardı. Mütləq hökmranlığın sahibi Allah onların vəsflərindən çox uzaqdır.
Muminun/23:91
Allah övlad götürməmişdir. Onunla bərabər bir tanrı da yoxdur. Əks təqdirdə hər tanrı yaratdığı şeylərlə birlikdə heç kimdən asılı olmadığını elan edərək hakimiyyət üçün bir-biri ilə mübahisəyə girərdi. Allah, onların isnad etdikləri şeylərdən çox uzaqdır.
Loğman/31:30
Çünki Allah gerçəkdir. Ondan başqa çağırdıqları batildir və Allah Ən Uca və Ən Böyükdür.