Muminun - 23:71 Gerçək onların arzularına tabe olsaydı, göylər, yer və içlərindəkilər fəsada uğrayardı. Halbuki onlara mesajlarını verdik, ancaq çoxları mesajlarından üz çevirməkdədir.
Məkkəli müşriklərin arzuları:
Ənam/6:150 De ki: "Allahın bunu haram etdiyinə (dair) şahidlik edəcək şahidlərinizi gətirin." Şahidlik edərlərsə, onlarla bərabər şahidlik etmə. Ayələrimizi yalanlayanların və axirətə iman etməyənlərin kefinə uyma. Onlar, Rəblərinə başqalarını tay tutmaqdadırlar.

Bəqərə/2:145 Kitab verilənlərə hər cürə ayəni (möcüzəni) gətirsən də, onlar yenə sənin qiblənə yönəlməz. Sən də onların qibləsinə tabe olan deyilsən. Onlar bir-birlərinin qibləsinə də tabe olmaz. Sənə gələn bu bilgidən sonra, onların kefinə (istəyinə) uyarsansa zalımlardan olarsan.

Maidə/5:48 Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.
Maidə/5:49 Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.

Ənam/6:56 De: "Allahdan başqa çağırdıqlarınıza qulluq/xidmət etməkdən çəkindirildim." De: "Sizin nəfsinizin istəklərinə uymayacağam. Əks halda (haqq yoldan) azar və doğru yolu tapa bilmərəm."

Yunus/10:15 Onlara açıq-aşkar ayələrimiz oxunduğu zaman, Bizə qovuşmağı ümid etməyənlər, "Bundan başqa bir Quran gətir, yaxud onu dəyişdir!" deyərlər. De ki: "Onu öz tərəfimdən dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram. Rəbbimə qarşı gələrsəm, böyük günün əzabından qorxuram."

Rad/13:37 Beləcə onu ərəbcə bir qanun olaraq nazil etdik. Sənə gələn bu bilgidən sonra onların arzusuna (istəyinə) uysan, Allaha qarşı nə bir dostun, nə də bir qoruyucun ola bilməz.

İsra/17:73 Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.
İsra/17:74 Səni sağlamlaşdırmasaydıq, az qala onlara bir az meyl edəcəkdin.
İsra/17:75 O zaman da həyatın və ölümün əzabını qatbaqat sənə daddırardıq. Sonra Bizə qarşı bir yardımçı da tapa bilməzdin.

Şura/42:15 Sən buna dəvət et və sənə əmr edildiyi kimi ən doğru (şəkildə) tətbiq et. Onların arzularına uyma və de ki, "Allahın mənə nazil etdiyi kitaba iman etdim. Sizin aranızda ədalətlə davranmaqla əmr olundum. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim işlədiklərimiz bizə, sizin işlədikləriniz isə sizə aiddir. Bizimlə sizin aranızda heç bir mübahisə yoxdur. Bizi Allah bir araya gətirəcəkdir. Axırda dönüş Onadır.

Casiyə/45:18 Sonra sənə də din mövzusunda bir qanun verdik; sən ona tabe olmalısan. Bilməyənlərin istəyinə uyma.

Qaləm/68:9 Özlərinin güzəştə gedib uzlaşa bilməsi üçün, sənin də güzəştə gedib uzlaşmağını istədilər.

Haqqə/69:44 O Bizə bəzi sözlər isnad edərsə,