Muminun - 23:73 Şübhə yoxdur ki, sən onları ən doğru yola çağırırsan.
Muhəmməd peyğəmbərin xalqını çağırdığı ən doğru yol; " Sadəcə Allaha qulluq/xidmət"
Ali İmran/3:64 De ki, “Kitablılar! Bizimlə sizin aranızda eyni olan bir prinsipə gəlin: Allahdan başqasına qulluq etməyək və Ona heç bir şeyi ortaq qoşmayaq, birimiz digərini Allahdan sonra Rəblər qəbul etməsin." Qəbul etməzlərsə, "Şahid olun, biz müsəlmanlarıq!" - deyin.

Rad/13:36 Özlərinə kitab verdiklərimiz sənə nazil edilənə sevinirlər. Bəzi qruplar onun bir qismini inkar edərlər. De ki: "Allaha qul olmaqla və Ona ortaq qoşmamaqla əmr edildim. Ona tətəf çağırıram və dönüşüm də Onadır."

Cinn/72:20 De ki, "Mən sadəcə Rəbbimə çağırıram; və Ona heç kimsəni ortaq qoşmaram."