Muminun - 23:76
Onları cəzaya məruz qoymamıza rəğmən Rəblərinə boyun əymədilər, yalvarmadılar.
Bəlalarla sınanıb öyüd almayanlara örnəklər:
Tovbə/9:126
Hər il, bir-iki dəfə bəlalarla sınandıqlarını görmürlərmi? Buna rəğmən nə tövbə edirlər, nə də öyüd alırlar.
Ənam/6:42
Səndən öncəki cəmiyyətlərə də elçilər göndərdik. Yalvarsınlar deyə onları darlıq və sıxıntılarla sınadıq.
Ənam/6:43
Heç olmazsa başlarına müsibətimiz gəldiyində yalvarsaydılar! Fəqət qəlbləri qatılaşdı və şeytan işlərini özlərinə süslü göstərdi.
Əraf/7:94
Hər nə vaxt bir ölkəyə bir peyğəmbər göndərdiksə, yalvarsınlar deyə xalqını qıtlıq və sıxıntıya düçar etdik.
Əraf/7:95
Sonra pisliyin yerinə yaxşılığı gətirdik. Ancaq anlayışlarını itirdilər: "Sıxıntı və rifah atalarımıza da toxunmuşdu," dedilər. Bundan sonra, xəbərləri olmadan onları qəflətən yaxaladıq.
Əraf/7:130
Firon tərəfini, öyüd alsınlar deyə illərlə quraqlıq və məhsul qıtlığına məhkum etdik.
Əraf/7:131
Onlara bir yaxşılıq gəldiyi zaman, "Buna biz layiqik," deyərlər. Onlara bir pislik toxunduğu zaman isə Musa və bərabərindəkiləri uğursuzluqla suçlayardılar. Doğrusu, onların uğursuzluğu Allah tərəfindən qərarlaşdırılır. Ancaq çoxları bilməzlər.
Əraf/7:132
"Bizi sehrləmək üçün nə qədər möcüzə (ayə) gətirirsən gətir, biz sənə iman edəcək deyilik," dedilər.
Əraf/7:133
Üzərlərinə tufan, çəyirtkə, həşərat, qurbağa və qan kimi ayrı-ayrı işarətlər göndərdik. Buna rəğmən təkəbbür göstərməyə davam etdilər və günahkar bir topluluq oldular.
Əraf/7:134
Hər nə zaman başlarına bir müsibət gəlsə, "Ey Musa, sənə verdiyi sözə görə Rəbbinə yalvar. Bizi bu fəlakətlərdən qurtararsan sənə iman edər və İsrail oğullarını da səninlə bərabər yollayarıq," dedilər.
Əraf/7:135
Onları söz etdikləri fəlakətlərdən müəyyən bir müddət üçün qurtarınca da sözlərindən dönürdülər.
Əraf/7:136
Biz də onlardan öc (intiqam) aldıq. Ayələrimizi yalanlayıb əhəmiyyət vermədikləri üçün onları dənizdə boğduq.
Muminun/23:76
Onları cəzaya məruz qoymamıza rəğmən Rəblərinə boyun əymədilər, yalvarmadılar.