Muminun - 23:79 Odur sizi yer üzünə yerləşdirən; Onun hüzurunda toplanacaqsınız.
Rəbbimiz bizi nə üçün yer üzünə yerləşdirdi?
Bəqərə/2:35 “Adəm! Zövcənlə birlikdə Cənnətdə qal. İstədiyiniz yerdə ondan bolca yeyin; ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsınız!" - dedik.
Bəqərə/2:36 Şeytan, onları oradan çaşdırıb olduqları yerdən çıxartdı. Nəhayət, “Bir-birinizə düşmən olaraq aşağı enin! Yer üzündə müəyyən olunmuş vaxta qədər qalıb yaşayacaqsınız,” dedik
Bəqərə/2:37 Adəm, Rəbbindən kəlmələr aldı. Bundan sonra onun tövbəsini qəbul etdi. O, yönəlmələrə qarşılıq verəndir, Rəhmlidir.
Bəqərə/2:38 "Oradan toplu halda enin," -dedik. "Məndən sizə bir yol göstərici gəldiyi zaman, o yol göstəriciyə tabe olanlar üçün artıq bir qorxu yoxdur və onlar üzülməyəcəklər."

Ənam/6:122 Ölü ikən diriltdiyimiz və insanlar arasında yeriyə biləcəyi bir işıq verdiyimiz kimsə, qaranlıqlar içində olub və ondan çıxa bilməyən kimsə kimi ola bilərmi? İnkar edənlərin etdikləri işlər bu cür süslü göstərilmişdir.
Ənam/6:133 Rəbbin Zəngindir, Rəhmət Sahibidir. İstəsə, sizi götürər və sizi başqalarının soyundan necə gətirmişsə sizdən sonra da yerinizə istədiklərini yerləşdirər.

Əraf/7:22 Beləcə, onları yalanlarla aldatdı. Ağacı dadınca bədənləri özlərinə görsəndi. Üzərlərini cənnət yarpaqları ilə örtməyə başladılar. Rəbləri onları çağırdı: "O ağacdan ikinizi də çəkindirmədimmi və şeytanın ikinizə də düşmən olduğunu söyləmədimmi?"
Əraf/7:23 Hər ikisi: "Rəbbimiz, özümüzə zülm etdik. Bizi bağışlamasan və bizə acımasan, ziyana uğrayanlardan olarıq," dedilər.
Əraf/7:24 (Allah) dedi ki: "Bir-birinizə düşmənlər olaraq aşağı enin. Bir müddətə qədər yer üzündə məskunlaşıb yaşayacaqsınız."
Əraf/7:25 (Allah) dedi ki: "Orada yaşayacaq, orada öləcək və oradan çıxarılacaqsınız."
Əraf/7:26 Adəm oğulları, sizə, bədəninizi örtəcək və süsləyəcək libaslar hazırladıq. Müttəqilik libası isə daha xeyirlidir. Bunlar, Allahın işarətləridir, ola bilər ki, öyüd alarsınız.
Əraf/7:27 Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.
Əraf/7:34 Hər camaatın bir vaxtı vardır. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.
Əraf/7:35 Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.

Yunus/10:14 Sonra, nə edəcəyinizi görmək üçün onların yerinə sizi yer üzünə varis etdik.

Hud/11:7 O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Hud/11:61 Səmuda da qardaşları Salehi... Dedi ki: "Ey xalqım, Allaha qulluq edin, Ondan başqa tanrı yoxdur. Sizi yerdən çıxarıb yaradan, sizi oraya yerləşdirən Odur. Elə isə Ondan bağışlanma diləyin və sonra Ona yönəlin. Şübhəsiz Rəbbim Yaxındır, Cavab verəndir.

Kəhf/18:7 Biz, kimlərin müttəqi davranacağını sınamaq üçün, üzərindəki maddələrlə yer üzünü süslədik.

Ğafir/40:11 Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"

Casiyə/45:26 De ki, "Sizi Allah dirildir və öldürür. Sonra gerçəkləşməsində şübhə olmayan Dirilmə Günündə sizi bir araya toplayar. Fəqət insanların çoxu bilməz."

Qaf/50:43 Biz dirildirik, öldürürük və dönüş də Bizədir.

Mulk/67:2 Hansınızın daha gözəl işlər görəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır. O, Üstündür, Bağışlayandır.


Bəqərə/2:28 Allahı necə inkar edərsiniz? Siz ölülər idiniz O sizi diriltdi. Sonra sizi öldürər və təkrar dirildər və sonunda Ona döndərilərsiniz.