Muminun - 23:86 De ki: "Rəbbi kimdir yeddi göyün, Böyük hakimiyyətin Rəbbi?"
Əlaqəli:
İsra/17:111 Və de ki: "Tərif Allahadır. O övlad götürməmişdir, idarəçilikdə ortağı və zəiflikdən ötrü də bir yardımçısı yoxdur." Onu mümkün qədər Ucalt.

Muminun/23:86 De ki: "Rəbbi kimdir yeddi göyün, Böyük hakimiyyətin Rəbbi?"
Muminun/23:116 Gerçək Hökmdar olan Allah çox ucadır. Ondan başqa tanrı yoxdur və O, comərd (səxavətli) hökmranlığın Rəbbidir.

Nur/24:42 Göylərin və yerin hökmranlığı Allahındır. Dönüş Allahadır.

Nəml/27:26 Allah, Ondan başqa Tanrı yoxdur. O Böyük hakimiyyətin Rəbbidir.

Ya sin/36:83 Hər şeyin hökmranlığını əlində tutan Çox Ucadır və siz də Ona döndəriləcəksiniz.

Sad/38:10 Yoxsa göylərin, yerin və aralarındakıların idarə edilməsi (hökmranlığı) onlaramı aiddir? Burax, öz-özlərini ucaltsınlar.

Zumər/39:44 De ki, "Bütün şəfaət Allaha aiddir." Göylərin və yerin hökmranlığı Ona aiddir. Sonra Ona döndəriləcəksiniz.
Zumər/39:75 Mələkləri, yönətim (idarəetmə) mərkəzinin ətrafını əhatə etdiyi halda, Rəblərini tərifləyərək ucaltdıqlarını görərsən. Aralarında gerçəyə görə hökm verilmişdir və "Tərif aləmlərin Rəbbi Allahadır," deyilir.

Ğafir/40:7 İdarəetmə mərkəzinə xidmət edənlər və ətrafındakılar Rəblərini tərifləyərək ucaldırlar və Ona iman edirlər. İman edənlər üçün bağışlanma diləyərlər: "Rəbbimiz, rəhmətin və bilgin hər şeyi içinə almışdır. Tövbə edənlər və sənin yoluna tabe olanları bağışla və onları atəşin əzabından qoru."
Ğafir/40:16 O gün onlar tamamilə açığa çıxarılacaqlar. Heç bir şey onları Allahdan gizləyə bilməz. O gün hökmranlıq kimə aiddir? Tək və Ən Üstün olan Allaha aiddir.

Fussilət/41:54 Əslində onlar Rəblərindən bir şübhə içindədirlər. O, hər şeyi (bilgi və idarəçiliyi ilə) əhatə etmişdir.

Şura/42:49 Göylərin və yerin hakimiyyəti Allahındır. İstədiyini yaradır. İstədiyinə dişilər, istədiyinə də erkəklər verir.

Zuxruf/43:85 Göylərin, yerin və aralarındakıların hökmranlığına sahib olan Çox Ucadır. Saatın (dünyanın sonunun) bilgisi Onun yanındadır və siz Ona döndəriləcəksiniz.

Casiyə/45:27 Göylərin və yerin hökmranlığı Allaha aiddir. Saat (dünyanın sonu) gerçəkləşdiyi gün, məhz o gün batili müdafiə edənlər məğlub olacaqdır.

Qamər/54:54 Müttəqilər, cənnətlər (bağçalar) və çaylar içindədir.
Qamər/54:55 Güclü Kralın yanında şərəfli məqamlardadırlar.

Rahmən/55:27 Ancaq Görkəmli və Şərəfli Rəbbinin varlığı qalıcıdır.
Rahmən/55:78 Böyüklük və Comərdlik sahibi Rəbbinin adı necə də Ucadır!

Haqqə/69:17 Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.

İnsan/76:20 Haraya baxsan nemətlər və böyük bir səltənət görərsən.

İnfitar/82:6 Ey insan, səni Şərəfli olan Rəbbinə qarşı aldadan nədir?