Nur - 24:21 Ey iman edənlər! Şeytanın addımlarını izləməyin. Kim Şeytanın addımlarını izləyərsə, ona həyasızlığı və pisliyi əmr edər. Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç biriniz əbədi olaraq təmizlənə bilməzdi. Ancaq Allah istədiyini təmizləyər. Allah Eşidəndir, Biləndir.
Şeytanın atdığı pisliklərdən, günahlarımızdan təmizlənmək adına Allahın bizə lütfü.
Ali İmran/3:164 Allah iman edənlərin içərisindən, onlara ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə lütufta bulundu. Halbuki onlar daha öncə açıq-aşkar bir azğınlıq içində idilər.

Bəqərə/2:151 Həmçinin, sizə ayələrimi oxuyacaq, sizləri təmizləyəcək, sizə kitab və hikməti öyrədəcək, bilmədiklərinizi bildirəcək bir elçini aranızdan seçib göndərdik.

Cumuə/62:2 O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.