Nur - 24:22
Sizdən mal və imkana sahib olanlar, əqrəbalara, yoxsullara və Allah yolunda köç (hicrət) edənlərə verməmək üçün and içməsinlər. Əfv etsinlər, keçsinlər. Allahın sizi bağışlamasını sevmirsiniz? Allah Bağışlayandır, Rəhmlidir.
Bir pisliyi əfv edərsək:
Şura/42:40
Pisliyin cəzası, özü kimi bir pislikdir; Ancaq kim əfv edər və müttəqi davranarsa, Allah tərəfindən mükafatlandırılar. O, zalımları sevməz.
Əraf/7:199
Əfv edici ol, tolerantlığı öyüd-nəsihət et və cahillərə əhəmiyyət vermə.
Şura/42:37
Onlar ki, böyük günahlardan, çirkin işlərdən çəkinirlər və qəzəbləndikləri zaman bağışlayarlar.
Nisa/4:149
Əgər bir yaxşılığı aşkara çıxarar və ya gizləyərsəniz yaxud bir pisliyi əfv edərsəniz, Allah Əfv Edəndir, Güclüdür.
Maidə/5:45
Orada onlara: Cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş və yaralara ödəşməni əmr etdik. Kim bu haqqından imtina edərsə, günahlarını örtər. Allahın nazil etdiyi ilə hökm verməyənlər zalımdır.