Nur - 24:26
Pis qadınlar pis kişilər üçün, pis kişilər isə pis qadınlar üçündür. Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı kişilər də yaxşı qadınlar üçündür. Bunlar (ikinci qrup), onların söylədiklərindən uzaqdır. Bağışlanmağa və bol nemətə layiqdirlər.
Yaxşı qadınlar, yaxşı kişilər üçündür: Əlaqəli
Bəqərə/2:221
Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.
Təhrim/66:5
Sizi boşayarsa, Rəbbi ona, bəlkə sizin yerinizə sizdən daha yaxşı, (Tanrıya) təslim olan, iman edən, (özünü Allaha) həsr edən, yönələn, qulluq edən, aktiv, dul və gənc zövcələr verər.