Nur - 24:32 Subaylarınızı, müttəqi qadın və kişi xidmətçilərinizi evləndirin; əgər yoxsuldurlarsa, Allah onları öz lütfündən zəngin edəcəkdir. Allah Comərddir, Biləndir.
Xidmətçi:
Əhzab/33:55 Ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, digər qadınlar və (qadın) xidmətçiləri qarşısında (sərbəst bir şəkildə geyinmələrində) qadınlar üçün bir qəbahət yoxdur. Allaha hörmət etsinlər. Allah hər şeyə Şahiddir.

Zuxruf/43:32 Rəbbinin rəhmətini onlarmı paylaşdırırlar?! Dünya həyatında onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq; bir-birlərinə iş gördürə bilmələri üçün onları bir-birlərinə dərəcələrlə üstün etdik. Rəbbinin rəhməti onların yığdıqlarından daha yaxşıdır.

Nəhl/16:71 Allah ruzi (mal, imkan) baxımından sizi bir-birinizdən üstün etmişdir. Halbuki üstünlük verilənlər, əmrləri altındakılarla imkanlarını eyni bölüşməzlər. Allahın nemətinimi rədd edirlər?

Rum/30:28 Bax sizə öz içinizdən bir örnək verir: Əmriniz altındakı kimsələri, sizə verdiyimiz ruzilərdə sizə tay ortaqlar olaraq qəbul edərsinizmi? Bir-birinizdən çəkindiyiniz kimi onlardan da çəkinərsinizmi? Ağlını işlədən bir camaat üçün ayələri bu cür detallı açıqlayırıq.

Nur/24:58 Ey iman edənlər! Əmriniz altında çalışanlar və sizdən hələ yetkinlik yaşına çatmamış olanlar üç dəfə izin almalıdırlar: səhər namazından öncə, günorta vaxtında dincəlmək üçün paltarınızı soyunduğunuz zaman və axşam namazından sonra... Bunlar, sizin xüsusi üç vaxtınızdır. Bunların xaricində, bir-birinizin yanına girib çıxmaqda bir məhzur yoxdur. Allah ayələri sizə belə açıqlayır. Allah Biləndir, Hikmət sahibidir.
Nur/24:32 Subaylarınızı, müttəqi qadın və kişi xidmətçilərinizi evləndirin; əgər yoxsuldurlarsa, Allah onları öz lütfündən zəngin edəcəkdir. Allah Comərddir, Biləndir.