Nur - 24:38 Allah onların gözəl işlərini şübhəsiz mükafatlandıracaq və onlara lütfünü artıracaqdır. Allah istədiyini hesabsızca ruziləndirir.
Kim gözəl işlər görərsə:
Ğafir/40:40 Kim pislik işləyərsə, ona ancaq onun qədər bir cəza verilər. Kişi və ya qadın (olsun), kim inanclı olaraq müttəqi işlər görərsə, onlar cənnətə girərlər və orada hesabsız olaraq nemətlənərlər.

Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Yunus/10:4 Hamınızın dönüşü Onadır. Bu, Allahın verdiyi gerçək sözdür. O, yaradılışı başladır və sonra təkrarlayar; beləcə iman edib müttəqi işlər görənləri ədalətlə mükafatlandırır. Kafirlərə isə, inkar etmələrindən ötrü isti bir içəcək və ağrılı-acılı bir əzab vardır.
Yunus/10:9 İman edib müttəqi işlər görənlərə gəlincə, Rəbləri inanclarına görə onları doğruya yönəldir. Nemət cənnətlərində ayaqlarının altından çaylar axar.

Hədid/57:18 Sədəqə verən kişilər və qadınlar, Allaha gözəl bir borc vermişdirlər. Onlara qat-qat ödənər və onlar comərd bir mükafata layiqdirlər.

Hud/11:11 Səbr edənlər və müttəqi işlər görənlərə isə, onlar üçün bir bağışlanma və böyük bir mükafat vardır.

Nəhl/16:97 Kişi olsun, qadın olsun, hər kim inanclı olaraq yaxşı bir iş görərsə, ona bu dünyada gözəl bir həyat bağışlayarıq və etdikləri yaxşı işlərə qarşılıq mükafatlarını da tam verərik.

Kəhf/18:46 Para (pul) və övladlar bu dünya həyatının cəlbedici materiallarıdır. Amma, daimi qalacaq müttəqi işlər, Rəbbinin qatında bir mükafat və ümid olaraq daha yaxşıdır.
Kəhf/18:110 De ki, "Mən sizin kimi bir insandan başqa bir şey deyiləm. Tanrınızın tək bir Tanrı olduğu mənə vəhy edildi. Rəbbi ilə qarşılaşmağı ümid edən hər kəs müttəqi işlər görsün və Rəbbinə olan qulluğa heç kimsəni ortaq qoşmasın."

Məryəm/19:76 Allah, doğru yolu seçənlərin hidayətini artırır. Müttəqi işlər, Rəbbinin qatında əbədi olaraq ən yaxşı mükafata və ən yaxşı aqibətə layiqdir.

Ənbiya/21:94 Kim inanclı olaraq müttəqi işlər görərsə, onun bu cəhdi boşa getməyəcəkdir; Biz sürəkli olaraq qeyd etməkdəyik.

Həcc/22:50 İman edib müttəqi işlər görənlər, bağışlanmağa və bol nemətə layiqdirlər.

Muminun/23:51 Elçilər! Yaxşı nemətlərdən yeyin və müttəqi işlər görün! Mən, sizin etdiklərinizi çox yaxşı bilirəm.