Nur - 24:55 Allah, iman edib müttəqi davrananlarınızı, onlardan öncəkiləri hakim etdiyi kimi onları da hakim edəcəyinə, onlar üçün seçdiyi dini bərqərar edəcəyinə və qorxularını güvənə çevirəcəyinə (dair) söz vermişdir. Çünki onlar Mənə qulluq edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra inkar edənlər, yoldan çıxmış olanlardır.
Öncəkilərdən müttəqiləri hakim etdi: Nümunə
Yunus/10:71 Onlara Nuhun tarixini anlat. Xalqına bunları demişdi: "Ey xalqım, durumum və Allahın ayələrini xatırlatmağım sizə ağır gəldisə, mən Allaha güvənirəm. Ortaqlarınız və liderlərinizlə birlikdə toplanın, peşman olmayacağınız son qərarınızı alın və gözləmədən mənə qarşı tətbiq edin."
Yunus/10:73 Onu yalanladılar. Bundan sonra onu və onunla bərabər olanları qurtardıq, gəmidə. Onları (yer üzünün) yönəticiləri etdik. Ayələrimizi yalanlayanları isə boğduq. Xəbərdarlıq edilənlərin aqibətinə diqqət et.

Qasas/28:4 Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.
Qasas/28:5 Yer üzündə gücsüzləşdirilib əzilənlərə lütf edərək istədik ki, onları öndərlər və varislər edək.
Qasas/28:6 Və onları yer üzünə yerləşdirək, Firon, Haman və ordularına, qorxduqları şeyi göstərək.

Əraf/7:137 Ölkənin məhsuldar etdiyimiz şərq və qərb hissələrinə xor görülən və zəif salınan insanları mirasçı etdik. Sıxıntılara müqavimət göstərdikləri üçün, Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz gerçəkləşdi. Firon və xalqının qurduqları quruluş və qurumları da yerlə bir etdik.

Duxan/44:23 "Qullarımla gecə vaxtı yola çıx. Siz izlənirsiniz."
Duxan/44:24 "Dənizi yarılmış olaraq tərk et. Onlar boğulmağa məhkum bir ordudur."
Duxan/44:25 Onlar geridə nələr buraxmışdılar: Bağçalar, bulaqlar,
Duxan/44:27 Və içində səfa sürdükləri neçə-neçə nemətlər...
Duxan/44:28 Beləcə hamısını başqa bir topluluğa miras buraxdıq.

Səcdə/32:23 Musaya Kitabı verdik; Bu mövzuda heç bir şübhən olmasın. Onu İsrail oğulları üçün bir rəhbər etdik.
Səcdə/32:24 Səbr etdikləri və ayələrimizə qəti olaraq iman etdikləri zaman, əmrimiz əsasında içlərindən yol göstərən öndərlər təyin etmişdik.