Nur - 24:55
Allah, iman edib müttəqi davrananlarınızı, onlardan öncəkiləri hakim etdiyi kimi onları da hakim edəcəyinə, onlar üçün seçdiyi dini bərqərar edəcəyinə və qorxularını güvənə çevirəcəyinə (dair) söz vermişdir. Çünki onlar Mənə qulluq edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra inkar edənlər, yoldan çıxmış olanlardır.
Seçdiyi dini yerləşdirəcək:
Bəqərə/2:193
Zülm və işgəncə ortadan qalxıncaya və din Allah üçün oluncaya qədər onlarla savaşın. Son qoyarlarsa, artıq zalımlardan başqasına düşmənçilik yoxdur.
Ənfal/8:8
Ona görə ki, günahkarlar xoşlanmasa da, haqqı gerçəkləşdirsin və haqsızlığı ortadan qaldırsın.
Tovbə/9:32
Allahın nurunu ağızlarıyla söndürmək istəyərlər. Kafirlər istəməsə də, Allah nurunu tamamlayacaqdır.
Tovbə/9:33
O, elçisini hidayətlə və gerçək dinlə göndərdi ki, onu bütün dinlərə üstün etsin. Bütpərəstlər istəməsə də...
Nur/24:55
Allah, iman edib müttəqi davrananlarınızı, onlardan öncəkiləri hakim etdiyi kimi onları da hakim edəcəyinə, onlar üçün seçdiyi dini bərqərar edəcəyinə və qorxularını güvənə çevirəcəyinə (dair) söz vermişdir. Çünki onlar Mənə qulluq edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra inkar edənlər, yoldan çıxmış olanlardır.
Ğafir/40:14
İnkar edənlər xoşlanmasa da dini sadəcə Allaha aid edərək Ona qulluq edin.
Saff/61:8
Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. İnkar edənlər xoşlanmasa da Allah nurunu tamamlayacaqdır.
Saff/61:9
O, elçisini hidayət və gerçək din ilə göndərdi ki, onu bütün dinlərə üstün etsin, ortaq qoşanlar xoşlanmasa da...