Nur - 24:55
Allah, iman edib müttəqi davrananlarınızı, onlardan öncəkiləri hakim etdiyi kimi onları da hakim edəcəyinə, onlar üçün seçdiyi dini bərqərar edəcəyinə və qorxularını güvənə çevirəcəyinə (dair) söz vermişdir. Çünki onlar Mənə qulluq edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra inkar edənlər, yoldan çıxmış olanlardır.
İman edənlərin qorxuları:
Tur/52:24
Çevrələrində, incilər kimi qorunmuş özlərinə aid xidmətkarlar (servis üçün) dolanarlar.
Tur/52:25
Bir-birlərinə dönüb keçmişi xatırlayarlar:
Tur/52:26
"Daha öncə xalqımızın arasında çəkinirdik," deyərlər,
Tur/52:27
"Allah bizə yaxşılıq etdi və bizi içə nüfuz edən əzabdan qorudu."
Tur/52:28
"Biz daha öncə Ona yalvarırdıq; O, Yaxşılıq edəndir, Rəhmlidir."
Ənbiya/21:49
O kəslər ki, kimsə onları görməzkən belə Rəblərinə ehtiram edərlər və Saatın dəhşətini hiss edərlər.
İnsan/76:8
Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
İnsan/76:9
"Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
İnsan/76:10
"Biz, üzü dönmüş və bəlalı bir gündən ötrü Rəbbimizdən çəkinirik."
Ali İmran/3:191
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar. Göylərin və yerin quruluşu və yaradılışı haqqında düşünərlər: “Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, Sən ucasan, bizi atəş əzabından qoru!"
Ali İmran/3:192
"Rəbbimiz, Sən kimi atəşə salarsansa əlbəttə onu rəzil etmiş olursan. Zalımlara yardım edən olmaz."