Nur - 24:6 Arvadlarını günahlandırıb özlərindən başqa şahidləri olmayan kişilərdən birinin şahidliyi, doğru danışdığına dair dörd dəfə Allaha and içməsiylə keçərlidir.
İman edənləri haqsız yerə təhqir edənlər və iftiraya məruz qoyanlar:
Nisa/4:112 Kim bir xəta yaxud bir günah işləyər, sonra da onu bir günahsızın üzərinə atarsa, şübhəsiz böyük bir iftira və açıq-aşkar bir günah yüklənmiş olar.

Yusuf/12:24 Qadın onu çox arzulamışdı, Rəbbinin işarətini görməsəydi o da onu çox arzulamışdı. Beləcə pislik və fənalığı ondan çevirdik. O, xalis qullarımızdandı.
Yusuf/12:25 Qapıya doğru qaçdılar. Qadın onun köynəyini arxadan çəkib cırdı. Qapının yanında qadının bəyi ilə qarşılaşdılar. Qadın: "Arvadına təcavüz etmək istəyən kişinin ya həbs edilməsi və ya ağrılı-acılı bir əzabla cəzalandırılması lazım deyilmi?" dedi.
Yusuf/12:26 Dedi ki: "Əslində sənin arvadın məni başdan çıxarmaq istədi." Ailədən bir şahid: "Köynəyi ön tərəfdən cırılmışsa qadın doğrunu söyləyir, o isə bir yalançıdır."
Yusuf/12:27 "Yox əgər köynəyi arxadan cırılmışsa, o zaman qadın yalançı, o doğru sözlüdür," deyə şahidlik etdi.
Yusuf/12:28 Köynəyinin arxadan cırıldığını görüncə: "Bu, siz qadınların planıdır. Planınız müdhişdir." dedi.
Yusuf/12:29 "Yusuf, sən bu hadisəni unut, sən də (ey qadınım) günahına görə bağışlanma dilə. Sən xəta işlədin."

Nur/24:4 Evli qadınları günahlandırdıqdan sonra dörd şahid gətirə bilməyənlərə səksən qamçı vurun və onların şahidçiliyini əbədi olaraq qəbul etməyin. Onlar yoldan çıxmış kimsələrdir.
Nur/24:11 O iftiranı, sizdən bir banda uydurdu. Onun sizin üçün pis olduğunu sanmayın; əksinə sizin üçün xeyirlidir (bir dərsdir). Bu arada, onlardan hər biri günahı paylaşmışdır. Başçılıq edənləri də böyük bir cəzaya layiqdir.
Nur/24:12 Onu eşitdiyiniz zaman, siz iman edən kişi və qadınların bir-biriniz haqqında yaxşı düşüncələrə sahib olaraq, "Bu açıq-aşkar böyük bir yalandır," deməli deyildinizmi?
Nur/24:13 Dörd şahid gətirməli deyildilərmi? Şahidlər gətirmədiklərinə görə onlar Allah yanında yalançılardandır.
Nur/24:14 Allahın sizə dünya və axirətdə lütfü və mərhəməti olmasaydı, batıb-bulaşdığınız o hadisədən ötrü sizə böyük bir cəza toxunacaqdı.
Nur/24:15 Onu dilinizə dolamış və haqqında bir bilginiz olmayan bir mövzuda ağzınızı açıb danışırdınız. Onu bəsit bir şey sanmışdınız. Halbuki o, Allah yanında böyükdür.
Nur/24:16 Onu eşitdiyiniz zaman, "Bunu danışmağımız doğru deyil. Sən Ucasan. Bu böyük bir iftiradır," deməli deyildinizmi?
Nur/24:17 İman edənlərsinizsə, Bənzərini təkrarlamayasınız deyə Allah sizə öyüd verir.
Nur/24:23 İffətli və (pisliklərdən) xəbərsiz iman edən qadınlara iftira edənlər, dünya və axirətdə lənətlənirlər və onlar üçün böyük bir cəza vardır.

Əhzab/33:58 İman edən kişiləri və iman edən qadınları, etmədikləri bir şeydən dolayı incidənlər, əlbəttə bir iftira və açıq-aşkar bir günah yüklənmişlərdir.

Hucurat/49:6 Ey iman edənlər, pis xarakterlərə sahib birisi sizə bir xəbər gətirərsə onu araşdırın. Yoxsa bilmədən bir topluluğa qarşı haqsızlıq edərsiniz və daha sonra etdiyinizdən peşman olarsınız.

Qaləm/68:12 Yaxşılığa və yardıma əngəl olan, mütəcaviz, günahkar.