Nur - 24:61 Siz, evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın, açarlarına sahib olduğunuz və yoldaşlarınızın evlərində yemək yeməyinizə görə qınanmazsınız. Eyni şəkildə kor qınanmaz, axsaq qınanmaz, əlil və xəstə də qınanmaz. Hamınız birlikdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də bir məhzur yoxdur. Bir evə girdiyiniz zaman Allahdah gözəl, mübarək bir həyat diləyərək salamlayın. Allah sizə ayələri belə açıqlayır ki, anlayasınız.
Başqa evlərə, əhlinə salam vermədən daxil olmayın:
Nur/24:27 Ey iman edənlər, Evlərinizdən başqa evlərə, icazə almadan, əhlinə salam vermədən girməyin. Əgər düşünürsünüzsə, bunun sizin üçün yaxşı olduğunu görərsiniz.

Hud/11:69 Elçilərimiz İbrahimə müjdəni götürdüklərində "Salam!" (sülh olsun) dedilər. O da "Salam!" dedi və dərhal (onlara) qızardılmış bir buzov gətirdi.
Hud/11:73 "Allahın işinəmi təəccüblənirsən?" dedilər, "Allahın rəhməti və bərəkəti sizin üzərinizədir ey ev əhli. O, Tərifə Ən Layiqdir, Ucaların Ucasıdır."

Nur/24:61 Siz, evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın, açarlarına sahib olduğunuz və yoldaşlarınızın evlərində yemək yeməyinizə görə qınanmazsınız. Eyni şəkildə kor qınanmaz, axsaq qınanmaz, əlil və xəstə də qınanmaz. Hamınız birlikdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də bir məhzur yoxdur. Bir evə girdiyiniz zaman Allahdah gözəl, mübarək bir həyat diləyərək salamlayın. Allah sizə ayələri belə açıqlayır ki, anlayasınız.