Furqan - 25:25 Göyün bulud kütlələri halında parçalanacağı və mələklərin cəm halda endirildiyi gün,
Mələklərin toplu halda endirildiyi gün:
Fəcr/89:23 (Ona görə) ki, cəhənnəm də o gün gətirilmişdir. Bax o gün insan anlayacaqdır. Artıq anlamanın ona nə faydası var ki!
Fəcr/89:24 "Kaş ki, bu həyatım üçün öncədən bir şeylər etsəydim," deyər.
Fəcr/89:25 O gün, Onun cəzası kimi bir cəzanı kimsə verə bilməz.

Haqqə/69:14 Yer və dağlar qaldırılıb bir-birinə çırpılıb darmadağın edildiyi zaman,
Haqqə/69:16 Göy yarılmışdır, parçalanmışdır.
Haqqə/69:17 Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.

Fəcr/89:21 Doğrusu, yer toqquşub paralandığı zaman,
Fəcr/89:22 Rəbbin, sıralanmış mələklərlə birlikdə gəldiyi zaman,

Furqan/25:25 Göyün bulud kütlələri halında parçalanacağı və mələklərin cəm halda endirildiyi gün,