Furqan - 25:36 "Siz ikiniz, ayələrimizi yalanlayan bu camaatın yanına gedin," dedik. Bunun ardından onları fəlakətə sürükləyib məhv etdik.
Musa və Harun hansı camaata nə üçün göndərildi?
Qasas/28:4 Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.
Qasas/28:5 Yer üzündə gücsüzləşdirilib əzilənlərə lütf edərək istədik ki, onları öndərlər və varislər edək.
Qasas/28:6 Və onları yer üzünə yerləşdirək, Firon, Haman və ordularına, qorxduqları şeyi göstərək.

Yunus/10:83 Firon və əyanlarının işgəncə və təzyiqindən qorxduqları üçün Musaya, xalqından ancaq bir neçə nəfər iman etdi. Firon, yer üzündə həddi çox aşan bir tiran idi.

Bəqərə/2:49 İşgəncənin ən pisini sizə tətbiq edən, qadınlarınızı buraxıb oğullarınızı öldürən Fironun adamlarından sizi qurtarmışdıq. Bu, Rəbbinizdən böyük bir sınaq idi.

Ta ha/20:47 "Onun yanına gedin və deyin ki 'Biz ikimiz Rəbbinin elçiləriyik. İsrail oğullarına etdiyin işgəncəyə son ver və onları bizimlə göndər. Biz sənin yanına Rəbbindən bir ayə ilə gəldik. Doğru yolu izləyənlərə salam (sülh) olsun."