Furqan - 25:48 Və O, rəhmətindən öncə müjdələyici olaraq küləkləri göndərəndir. Və Biz göydən tərtəmiz bir su endirərik.
Küləklərin müjdələyici vəzifəsi:
Fatir/35:9 Allah, buludları qarışdıran küləkləri göndərəndir. Daha sonra onları ölü bir torpağa qovarıq ki, ölümündən sonra torpağı dirildərik. Dirilmə də belədir.

Rum/30:48 Allah küləkləri göndərərək buludları sürüyər, onları istədiyi kimi göydə yayıb üst-üstə yığar və sən də onların arasından yağmurun çıxdığını görərsən. Qullarından istədiyinin üzərinə onu yağdırınca dərhal sevinərlər.

Əraf/7:57 O, rəhmətinin bir ön müjdəsi olaraq küləkləri göndərəndir. Toplanıb yükləndikdən sonra ağır buludları ölü bir torpağa tərəf sürərik. Onunla su endirər və onunla hər növ məhsulu çıxararıq. Ölüləri də bu cür çıxararıq. Bəlkə bundan bir öyüd alarsınız.

Furqan/25:48 Və O, rəhmətindən öncə müjdələyici olaraq küləkləri göndərəndir. Və Biz göydən tərtəmiz bir su endirərik.

Şura/42:32 Okeanda dağlar kimi axıb gedən gəmilər də Onun ayələrindəndir.
Şura/42:33 İstəyərsə küləkləri durdurar və onlar suyun üzərində hərəkətsiz qalardı. Bunda, hər səbr edən və şükür edən kimsə üçün ibrətlər vardır.