Furqan - 25:53 O, iki dənizi buraxmışdır; bu təzə və dadlı, bu isə duzlu və acıdır. Hər ikisinin arasına, qarışmalarını əngəlləyən sağlam bir əngəl (maneə) qoymuşdur.
25: 53 ilə əlaqəli ayə:
Fatir/35:12 İki dəniz bir-birinə eyni deyildir. Bu təzə və dadlı içilməsi rahatdır, bu isə duzlu və acıdır. Hamısından təzə ət yeyirsiniz və taxacağınız zinət əşyaları çıxarırsınız. Onun lütfünü axtaran gəmilərin onu yararaq axdığını görürsən. Bəlkə artıq şükür edərsiniz.

Nəhl/16:14 O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.

Nəml/27:61 Yer üzünü bir məskunlaşma mərkəzi edən, aralarından çaylar çıxaran, üzərinə sağlam dağlar yerləşdirən və hər iki suyun arasına bir əngəl (maneə) qoyan kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Doğrusu, onların çoxu bilməz.

Rahmən/55:20 Aralarında bir əngəl vardır; bir-birinin hüdudunu aşıb qarışmazlar.

Furqan/25:53 O, iki dənizi buraxmışdır; bu təzə və dadlı, bu isə duzlu və acıdır. Hər ikisinin arasına, qarışmalarını əngəlləyən sağlam bir əngəl (maneə) qoymuşdur.