Furqan - 25:55
Allahla yanaşı özlərinə nə fayda və nə də zərər verə bilməyənlərə də qulluq edirlər. İnkar edən kimsə Rəbbinə qarşı çıxandır.
Özlərinə zərər və xeyir verə bilməyənlər nədir?
Yunus/10:18
Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."
Yunus/10:49
De ki: "Allahın istəməsi xaricində, mən özümə belə nə bir zərər, nə də bir fayda vermə gücünə sahib deyiləm. Hər camaatın bir vaxtı vardır. Vaxtları bitincə nə bir saat gecikdirilər, nə də irəli alınarlar."
Əraf/7:188
De ki: "Allahın istədiyindən başqa mən özümə nə bir fayda, nə də bir zərər verə bilmərəm. Gizlini bilsəydim malımı artırardım, mənə pislik də toxunmazdı. Mən ancaq iman edən bir camaat üçün bir xəbərdarlıq edən və müjdə verənəm."
Cinn/72:21
De ki, "Mən sizə nə zərər, nə də bir fayda vermə gücünə sahib deyiləm."
Ta ha/20:88
Onlar üçün, böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. "Bax sizin və Musanın tanrısı budur. Fəqət o (Musa) unutdu," dedilər.
Ta ha/20:89
Görmədilərmi ki, o, onlara nə cavab verə bilir, nə də onlara bir zərər və fayda toxundura bilir?
Şuəra/26:70
Atasına və xalqına, "Nəyə qulluq/xidmət edirsiniz?" demişdi.
Şuəra/26:71
"Heykəllərə qulluq/xidmət edirik; Biz özümüzü onlara həsr etmişik," dedilər.
Şuəra/26:72
"Onları çağırdığınız zaman sizi eşidirlərmi?" dedi,
Şuəra/26:73
"Yaxud sizə fayda və ya zərər verə bilirlərmi?"