Furqan - 25:74 Onlar (o kəslər) ki, "Rəbbimiz, zövcələrimizi, uşaqlarımızı bizim üçün bir xoşbəxtçilik qaynağı et və bizi öndə gedən müttəqilərdən et," deyərlər.
Öndə gedən muttəqilər / yaxşılıqlarda yarışanlar.
Bəqərə/2:148 Hər birinizin seçdiyi bir yön və üsul var; siz yaxşılıqda yarışın. Harada olursunuz olun Allah sizi bir araya gətirər. Allah əlbəttə hər şeyə gücü yetəndir.

Muminun/23:57 Rəblərinə olan ehtiramdan ötrü, mümkün qədər diqqətli olanlar,
Muminun/23:58 Rəblərinin ayələrinə iman edənlər,
Muminun/23:60 Rəblərinə dönəcəklərinin şüurunda olaraq verənlər,
Muminun/23:61 Məhz onlar, yaxşılıqlarda yarışanlardır; və onlar yaxşılıq etməkdə öncüdürlər.