Şuəra - 26:111 Dedilər ki, "Sənə tabe olanlar adi və pis kimsələr ikən, necə ola bilər ki, sənə iman edək?"
İman edənlərlə necə istehza etdilər?
Bəqərə/2:13 Onlara, "Bu insanların iman etdiyi kimi iman edin," deyildiyində, "Beyinsizlərin iman etdiyi kimimi iman edəcəyik?” deyərlər. Gerçək beyinsizlər onlardır, fəqət bilməzlər.

Maidə/5:58 Namaza çağırdığınızda onu məsxərəyə qoyub əyləndilər. Düşünməyən bir camaatdır onlar.

Tovbə/9:79 Könüllü olaraq yardım edən iman edənlərin comərdliklərini tənqid ednlər və eyni zamanda çox (bir şey) verə bilməyən yoxsullarla da istehza edənlər ki var, Allah onları alçaldır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.

Muminun/23:109 "Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."
Muminun/23:110 "Siz isə onları məsxərəyə qoyurdunuz və onlar üzündən Məni xatırlamağı unutdunuz. Onlara gülürdünüz."
Muminun/23:111 "Bu gün Mən, onlara səbr etmələrinin qarşılığını verdim. Qazananlar məhz bunlardır."

Şuəra/26:111 Dedilər ki, "Sənə tabe olanlar adi və pis kimsələr ikən, necə ola bilər ki, sənə iman edək?"

Mutaffifin/83:29 Günahkarlar iman edənlərə gülərdilər.
Mutaffifin/83:30 Yanlarından keçdikləri zaman da bir-birlərinə qaş-göz edib aşağılayırdılar.
Mutaffifin/83:31 Tərəfdarlarının yanına döndükləri zaman da məsxərəyə qoyurdular.
Mutaffifin/83:32 Onları gördüklərində, "Bunlar yoldan çıxmışlardır!" deyərdilər.
Mutaffifin/83:33 Halbuki onların üzərinə nəzarətçi olaraq göndərilməmişdilər.
Mutaffifin/83:34 Bu gün də iman edənlər inkar edənlərə gülər.
Mutaffifin/83:36 "İnkar edənlər etdikləri ilə cəzalandılarmı?" deyə.