Şuəra - 26:146 "Burada güvənlik içindəmi buraxılacaqsınız?"
Fəsadçı Səmud xalqına xəbərdarlıq edilir:
Nəml/27:14 Zülm və təkəbbürlərinə görə özlərinin haqlı olduğuna inandılar və onları rədd etdilər. Fəsad törədənlərin aqibətinin necə olduğuna diqqət et.

Ənkəbut/29:40 Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.

Maidə/5:33 Allah və Elçisi ilə savaşan və yer üzündə fəsad törətmək üçün səy göstərənlərin cəzası: öldürülmələri və ya asılmaları və ya əl və ayaqlarının çarpazlama kəsilməsi və ya yerlərindən sürgün edilmələridir. Bu, dünyada görəcəkləri bir alçalmadır. Axirətdə isə böyük bir cəza var.