Şuəra - 26:151
"Həddi aşanların əmrinə tabe olmayın."
Həddi aşanlar; Allaha ortaq qoşanlar:
Ğafir/40:42
"Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."
Ğafir/40:43
"Şübhəsiz ki, məni özünə çağırdığınız şeyin nə dünyada, nə də axirətdə bir dayanağı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar, cəhənnəmə gedəcəklər."