Şuəra - 26:208 Biz xəbərdar edənləri olmayan heç bir şəhəri məhv etmədik.
Ayədən məqsəd: Rəbbimiz qullarını, çəkinəcəkləri şeyləri bildirmədən cəzalandırmaz, bildirdikdən sonra da Qulların bir bəhanəsi qalmaz:
Ali İmran/3:108 Bunlar, sənə ən doğru olaraq oxuduğumuz Allahın ayələridir. Allah heç kimsəyə zülm etmək istəməz.

Maidə/5:19 Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.

Furqan/25:38 Ad, Səmud, Rəss əhalisi və bunların arasında bir çox nəsilləri də...
Furqan/25:39 Hamısına yetərli örnəklər vermişdik, axırda hamısını qırıb məhv etdik.

Şuəra/26:208 Biz xəbərdar edənləri olmayan heç bir şəhəri məhv etmədik.

Qasas/28:59 Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.

Nisa/4:165 Müjdələr və xəbərdarlıqlar gətirən elçilər... Ona görə ki, bütün bu elçilərdən sonra insanların Allaha qarşı bir bəhanələri qalmasın. Allah Üstündür, Hikmət Sahibidir.

Ta ha/20:134 Onları, ondan öncə bir cəza ilə həlak etsəydik, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, belə alçaq və rəzil olmadan öncə sənin ayələrinə tabe olsaydıq!" deyərdilər.

Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.
Ənam/6:131 Bu belədir. Rəbbin, əhalisi xəbərsiz olan ölkələri zülm ilə həlak etməz.