Şuəra - 26:209
Bu bir xəbərdarlıq və mesajdır; çünki Biz zülm etmərik.
Ayədən məqsəd: Rəbbimiz qullarını, çəkinəcəkləri şeyləri bildirmədən cəzalandırmaz, bildirdikdən sonra da Qulların bir bəhanəsi qalmaz:
Ali İmran/3:108
Bunlar, sənə ən doğru olaraq oxuduğumuz Allahın ayələridir. Allah heç kimsəyə zülm etmək istəməz.
Maidə/5:19
Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.
Furqan/25:38
Ad, Səmud, Rəss əhalisi və bunların arasında bir çox nəsilləri də...
Furqan/25:39
Hamısına yetərli örnəklər vermişdik, axırda hamısını qırıb məhv etdik.
Şuəra/26:208
Biz xəbərdar edənləri olmayan heç bir şəhəri məhv etmədik.
Qasas/28:59
Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.
Nisa/4:165
Müjdələr və xəbərdarlıqlar gətirən elçilər... Ona görə ki, bütün bu elçilərdən sonra insanların Allaha qarşı bir bəhanələri qalmasın. Allah Üstündür, Hikmət Sahibidir.
Ta ha/20:134
Onları, ondan öncə bir cəza ilə həlak etsəydik, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, belə alçaq və rəzil olmadan öncə sənin ayələrinə tabe olsaydıq!" deyərdilər.
Ənam/6:130
Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.
Ənam/6:131
Bu belədir. Rəbbin, əhalisi xəbərsiz olan ölkələri zülm ilə həlak etməz.