Şuəra - 26:215 Və sənin ardınca gələn iman edənlərə qanadını endir (köməklərinə çat)!
İman edənləri qanadının altına al: əlaqəli
Şuəra/26:215 Və sənin ardınca gələn iman edənlərə qanadını endir (köməklərinə çat)!

Maidə/5:54 Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.

Həşr/59:10 Onlardan sonra gələnlər, "Rəbbimiz, bizi və bizdən öncə iman etmiş olan qardaşlarımızı bağışla; qəlbimizi iman edənlərə qarşı kin bəsləməkdən qoru. Rəbbimiz, Sən Şəfqətlisən, Rəhmlisən," deyərlər.