Şuəra - 26:22 "Başıma qaxdığın bu yaxşılıq da, İsrail oğullarını kölələşdirməyin üzündəndir."
Minnət qoyduğun yaxşılıq İsrailliləri kölələşdirməyin üzündəndir:
Qasas/28:4 Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.
Qasas/28:5 Yer üzündə gücsüzləşdirilib əzilənlərə lütf edərək istədik ki, onları öndərlər və varislər edək.
Qasas/28:6 Və onları yer üzünə yerləşdirək, Firon, Haman və ordularına, qorxduqları şeyi göstərək.
Qasas/28:7 Musanın anasına: "Onu əmizdir, ancaq nə zaman onun can güvənliyindən narahat olarsansa onu çaya at. Qorxma, üzülmə. Biz onu sənə döndərəcək və onu elçilərdən biri edəcəyik," deyə vəhy etdik.
Qasas/28:8 Nəhayət Fironun ailəsi, özləri üçün bir düşmən və üzüntü qaynağı olacaq o körpəni götürdü. Firon, Haman və orduları günahkarlar idilər.
Qasas/28:9 Fironun arvadı, "Gözümüz aydın olsun. Onu öldürmə. Bəlkə bizə faydası toxunar, yaxud onu övlad seçərik." Heç bir şeydən xəbərləri yox idi.
Qasas/28:10 Musanın anasının könlü bomboş səhərə çıxdı. İman etməsi üçün könlünə qüvvət verməsəydik, az qala vəziyyəti açığa çıxaracaqdı.
Qasas/28:11 (Anası onun) bacısına, "Onu təqib et," dedi. O da kimsə hiss etmədən uzaqdan təqib etdi.
Qasas/28:12 Öncədən, onun süd analarını qəbul etməməsini təmin etdik. Nəhayət (bacısı), "Sizin üçün onun qayğısına qalmağı öhdəsinə götürəcək və onunla yaxşı davranacaq bir ailəni göstərimmi?" dedi.
Qasas/28:13 Beləcə onu anasına döndərdik ki, gözü aydın olsun, üzülməsin və Allahın sözünün gerçək olduğunu bilsin. Halbuki çoxları bilməz.
Qasas/28:14 Yetkinlik çağına gəlib kamilləşincə ona hikmət və bilgi verdik. Yaxşı davrananları belə mükafatlandırırıq.