Şuəra - 26:5 Hər nə zaman Rəhmandan onlara yeni bir mesaj gəlsə, mütləq ondan üz çevirərlər.
Quranda inkar edənlər nələrdən üz çevirdilər?
Bəqərə/2:63 Sina dağını üzərinizə qaldıraraq bir zamanlar sizdən söz almışdıq: “Sizə verdiyimizə qüvvətlə sarılın, içindəkiləri xatırlayın ki, qorunasınız,” demişdik.
Bəqərə/2:64 Fəqət bundan sonra da üz çevirdiniz. Allahın sizə bol neməti və mərhəməti olmasaydı ziyana uğrayardınız.
Bəqərə/2:130 Özünü aldadandan başqası İbrahimin dinindən üz çevirməz. Onu bu dünyada seçdik, axirətdə də müttəqi kəslərdən olacaq.
Bəqərə/2:137 Sizin iman etdiyiniz kimi iman etsələr, doğru yolu tapmış olarlar. Üz döndərərlərsə, qarşı gəlmiş olarlar. Onlara qarşı Allah sənə yetər. O Eşidəndir, Biləndir.
Bəqərə/2:246 Bu hadisə diqqətini çəkmədimi? İsrail oğullarının əyanları, Musadan sonra peyğəmbərlərindən birinə, “Bizə bir kral təyin et ki, Allah yolunda savaşaq," demişdilər. “Savaşmaq lazım olan yerdə savaşmasanız necə?!" demişdi. Onlar: “Yurdumuzdan və övladlarımızdan uzaqlaşdırılmış vəziyyətdə ikən nə üçün Allah yolunda savaşmayaq?" - deyə qarşılıq vermişdilər. Fəqət onlara savaş vacib edilincə çox azı xaric üz çevirdilər. Allah zalımları Bilir.

Ali İmran/3:20 Səninlə mübahisə edərlərsə, “Mən və ardımca gələnlər özümüzü Allaha təslim etdik," - de. Kitab verilənlərə və kitab verilməyənlərə (ümmilərə): “Təslim oldunuzmu?” - de. Təslim olarlarsa, doğrunu taparlar. Üz çevirərlərsə, görəvin sadəcə eşitdirməkdir. Allah qulları görür.
Ali İmran/3:23 Kitabdan özlərinə bir pay verilənlərə bax, Aralarında hökm etmələri üçün Allahın Kitabına çağırılırlar, lakin onlardan bir qrup üz çevirib geri dönür.
Ali İmran/3:32 “Allaha və Elçiyə itaət edin,” - de. Üz çevirərlərsə, əlbəttə Allah inkar edənləri sevməz.
Ali İmran/3:62 Məhz, deyilənlərin gerçəyi budur. Allahdan başqa heç bir tanrı yoxdur və əlbəttə Allah Güclüdür, Hikmət Sahibidir.
Ali İmran/3:63 Üz çevirərlərsə, əlbəttə Allah fəsad törədənləri daha yaxşı bilir.

Nisa/4:54 Yoxsa Allahın Öz lütfündən insanlara verdiyinəmi həsəd aparırlar? Halbuki Biz, İbrahim ailəsinə Kitab və hikmət verdik. Onlara böyük bir səltənət verdik.
Nisa/4:55 Onlardan bəzisi ona iman etdi, bəzisi də ondan üz çevirdi. Onlara cəza olaraq cəhənnəm yetər.
Nisa/4:80 Elçiyə itaət edən, Allaha itaət etmiş olar. Kim üz çevirərsə çevirsin; Biz səni onların üzərinə gözətçi göndərmədik.

Maidə/5:43 İçində Allahın hökmü olan Tövrat yanlarında olduğu halda necə olur ki, ondan üz çevirib, səni münsif edirlər? Onlar əslində iman etməyir.
Maidə/5:49 Aralarında Allahın nazil etdiyi ilə hökm verməlisən. Onların kefinə uyma. Allahın sənə nazil etdiklərinin bir qismindən əsla səni çaşdırmasınlar. Üz çevirərlərsə, demək ki, Allah bəzi günahlarına görə onları cəzalandırmaq istəyir. Gerçəkdən insanların çoxu yoldan çıxmışdır.
Maidə/5:75 Məryəm oğlu Məsih elçidən başqa bir şey deyildi. Ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdi. Anası da doğru sözlü idi. Hər ikisi də yemək yeyirdi. Ayələrimizi onlara necə açıqladığımıza diqqət et, sonra buna rəğmən necə də üz çevirdiklərini gör!
Maidə/5:92 Allaha tabe olun, elçiyə tabe olun və diqqətli olun. Üz çevirsəniz, bilin ki, elçimizin öhdəsinə düşən görəv, açıq-aydın bildirməkdir.

Ənam/6:4 Rəblərinin ayələrindən bir ayə onlara gəldiyi vaxt, ondan üz çevirməyi adət etmişdilər.
Ənam/6:34 Səndən öncəki elçiləri də yalançılıqla günahlandırdılar. Yalanlanmalara qarşı müqavimət göstərdilər. Zəfərimiz yetişincəyədək sıxıntı çəkdilər. Allahın sistemi dəyişməyəcək. Necə ki, elçilərin tarixi sənə gəlib çatmışdır.
Ənam/6:35 Üz çevirmələri sənə ağır gəldisə, biləsən ki, yerin içinə bir dəlik açmağa ya da göyə nərdivan dayamağa gücün yetsə, bir möcüzə ortaya qoysan yenə də təsir etməz... Allah istəsəydi onları doğru yola toplayardı. Elə isə cahillərdən olma!
Ənam/6:46 De: "Bir düşünün, Allah sizin eşitmə və görmə qabiliyyətinizi alıb yaddaşınızı qapasa, Allahdan başqa hansı tanrı onları sizə geri verə bilər?" Ayələri necə açıqladığımıza və buna rəğmən necə də üz çevirdiklərinə diqqət et!
Ənam/6:95 Allah toxumu və çərdəyi yarıb tumurcuqlandırandır. Ölüdən dirini çıxarır, diridən də ölünü çıxarır. Bax budur Allah. Necə üz çevirə bilirsiniz?!
Ənam/6:157 Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.

Əraf/7:79 O da onlardan üz çevirdi və: "Ey xalqım, sizə Rəbbimin elçiliyini çatdırdım, sizə öyüd-nəsihət verdim; fəqət siz öyüd-nəsihət verənləri sevmirsiniz," dedi.
Əraf/7:93 Onlardan üz çevirdi və: "Ey xalqım, sizə Rəbbimin mesajını çatdırdım, öyüd-nəsihət verdim. İnkar edən bir topluluğa görə necə heyfsilənə bilərəm?"

Ənfal/8:20 Ey iman edənlər! Allaha və Elçisinə tabe olun. Eşitdiyiniz halda ondan üz çevirməyin.
Ənfal/8:23 Allah onlarda bir yaxşılıq olduğunu görsəydi, onlara eşitdirərdi. Onlara eşitdirsəydi belə, yenə üz çevirərək dönərdilər.

Tovbə/9:74 İnkar sözlərini demələrinə və təslim olduqdan sonra inkar etmələrinə rəğmən, onları söyləmədiklərinə dair Allaha and içirlər. Əslində, heç bir zaman yetişə bilməyəcəkləri şey üçün çox səy göstərdilər. Allah və elçisi Onun lütfüylə onları zənginləşdirdikdən sonra öc almağa qalxdılar! Tövbə edərlərsə özləri üçün yaxşı olar. Üz çevirərlərsə, Allah onları dünya və axirətdə ağrılı-acılı bir əzabla cəzalandırar; yer üzündə nə bir dostları, nə də bir yardımçıları olar.
Tovbə/9:75 Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76 Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.

Yunus/10:32 Bax Gerçək Rəbbiniz Alah budur. Elə isə gerçəkdən sonra azğınlıqdan başqa nə qalır? Necə də çevrilirsiniz?
Yunus/10:71 Onlara Nuhun tarixini anlat. Xalqına bunları demişdi: "Ey xalqım, durumum və Allahın ayələrini xatırlatmağım sizə ağır gəldisə, mən Allaha güvənirəm. Ortaqlarınız və liderlərinizlə birlikdə toplanın, peşman olmayacağınız son qərarınızı alın və gözləmədən mənə qarşı tətbiq edin."
Yunus/10:72 "Üz çevirsəniz, halbuki mən sizdən hər hansısa bir ücrət istəməmişdim. Mənim ücrətim ancaq Allahın üzərinədir. Müsəlmanlardan olmaqla əmr edildim."

Hud/11:52 "Ey xalqım, Rəbbinizdən bağışlanma diləyin, sonra Ona yönəlin ki, göydən üzərinizə bol rəhmət yağdırsın, gücünüzə güc qatsın. Günahkarlar olaraq üz çevirməyin!"
Hud/11:57 "Üz çevirsəniz, artıq mən mənimlə göndərilən mesajı sizə bildirdim. Rəbbim yerinizə başqa bir xalq keçirəcək və siz Ona heç bir zərər verə bilməzsiniz. Mənim Rəbbim hər şeyi Hifz edib Kontrol Edəndir."

Hicr/15:81 Onlara ayələrimizi verdik, fəqət ondan üz çevirdilər.

Nəhl/16:82 Üz çevirərlərsə, sənin öhdənə düşən, açıq-aydın bildirməkdir.

İsra/17:83 İnsana nemət verdiyimiz zaman, üz çevirib yan keçər. Ona pislik toxununca da ümidsizliyə düşər.

Kəhf/18:57 Rəbbinin ayə və möcüzələri ona xatırladıldığı halda, etdiklərini unudaraq ondan üz çevirəndən daha zalım kim ola bilər? Qəlblərinə, onu (Quranı) anlamalarına əngəl olacaq bir örtük, qulaqlarına da bir ağırlıq (karlıq) qoymuşuq. Onları hidayətə nə qədər çağırırsan çağır, onlar əsla doğrunu tapa bilməz.

Ta ha/20:47 "Onun yanına gedin və deyin ki 'Biz ikimiz Rəbbinin elçiləriyik. İsrail oğullarına etdiyin işgəncəyə son ver və onları bizimlə göndər. Biz sənin yanına Rəbbindən bir ayə ilə gəldik. Doğru yolu izləyənlərə salam (sülh) olsun."
Ta ha/20:48 "Bizə vəhy edildi: 'Yalanlayıb üz çevirənlər cəzalandırılacaqdır.'"
Ta ha/20:99 Keçmişlərin xəbərlərini, sənə bu cür bildiririk. Sənə qatımızdan bir mesaj vermişik.
Ta ha/20:100 Kim ondan üz çevirərsə, Dirilmə Günündə bir (günah) yükü daşıyacaqdır.
Ta ha/20:124 "Kim mesajımdan üz çevirərsə, sıxıntılarla dolu bir həyata məhkum olar. Dirilmə günü də onu kor olaraq meydana çıxararıq."

Ənbiya/21:1 İnsanların hesabları yaxınlaşdı; ancaq onlar hələ də qəflət içində üz çevirməkdədirlər.
Ənbiya/21:2 Hər nə vaxt Rəblərindən onlara yeni bir mesaj (zikr) gəlsə, onu ciddiyə almadan dinləyərlər.
Ənbiya/21:24 Ondan başqa tanrılarmı qəbul etdilər? De ki: "Dəlilinizi gətirin. Bu, mənim zamanımdakıların da mesajıdır, məndən öncəkilərin də mesajıdır." Ancaq çoxları anlamır deyə gerçəkdən üz çevirirlər.
Ənbiya/21:42 De ki: "Sizi Rəhmandan kim gecə və gündüz qoruya bilər? Amma onlar, Rəbbinin mesajından tamamilə üz çevirirlər.
Ənbiya/21:109 Əgər üz çevirərlərsə, de ki, "Sizə yetərli şəkildə bildirdim. Sizə söz verilən şeyin yaxın və ya uzaq olduğunu bilmərəm.

Muminun/23:71 Gerçək onların arzularına tabe olsaydı, göylər, yer və içlərindəkilər fəsada uğrayardı. Halbuki onlara mesajlarını verdik, ancaq çoxları mesajlarından üz çevirməkdədir.

Nur/24:47 "Allaha və elçiyə iman etdik və itaət etdik," deyərlər. Fəqət sonra, bunun ardından, onlardan bir qrup üz çevirər; bunlar iman etmiş deyildir.

Şuəra/26:5 Hər nə zaman Rəhmandan onlara yeni bir mesaj gəlsə, mütləq ondan üz çevirərlər.

Səcdə/32:22 Ona Rəbbinin ayələri xatırladıldıqdan sonra onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Biz günahkarlardan əlbəttə öc (intiqam) alacağıq.

Səba/34:15 Səbalıların evləri, sağlı-sollu iki bağça ilə birlikdə möhtəşəm idi. Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl bir ölkə və Bağışlayan bir Rəbb...
Səba/34:16 Fəqət onlar üz çevirdilər. Biz də su bəndinin (su anbarının) selini onlara göndərərək qoşa bağçalarını, acı meyvələr, yulğun ağacı və bir az da sidr ağacı olan qoşa bağçalara çevirdik.

Ya sin/36:46 Rəblərinin ayələrindən bir ayə onlara gəldiyi vaxt, ondan üz çevirməyi adət etmişdilər.


Fussilət/41:4 Bir müjdəçi və bir xəbərdar edicidir. Ancaq onların əksəriyyəti ondan üz çevirmişdir; onlar eşitməzlər.
Fussilət/41:13 Üz çevirərlərsə, de ki, "Sizi Ad və Səmud ildırımına bənzər bir ildırımla xəbərdar etdim."
Fussilət/41:51 İnsana bir nemət verdiyimiz zaman, üz çevirib yan keçər. Başına bir pislik gəldiyində isə yalvarıb-yaxarar.

Şura/42:48 Üz çevirirlərsə, Biz səni onlara bir nəzarətçi olaraq göndərmədik. Sənin öhdənə düşən sadəcə bildirməkdir. Biz insana Öz tərəfimizdən bir rəhmət daddırdığımız zaman onunla sevinir; Amma öz etdiklərinin bir nəticəsi olaraq başlarına bir pislik gəlsə, o zaman insan nankorlaşır.

Duxan/44:13 Mesaja əhəmiyyət vermədilər. Halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.
Duxan/44:14 Sonra ondan üz çevirdilər və "Təlim görmüş bir dəlidir!" dedilər.

Əhqaf/46:10 De ki , "Düşündünüzmü, əgər o, Allah qatındandırsa və siz də ona qarşı çıxmışsınızsa və İsrail oğullarından bir şahid də bunun bənzərini görüb iman etdiyi halda, siz təkəbbür göstərib üz çevirmişsinizsə?! Şübhəsiz Allah zalım topluluğu doğru yola yönəltməz."

Muhəmməd/47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.

Fəth/48:16 Ərəblərdən geri qalanlara de ki: "Siz çox güclü bir topluluğa qarşı çağırılacaqsınız. Onlar təslim olana qədər onlarla savaşacaqsınız. İtaət etsəniz Allah sizə gözəl bir mükafat verər. Daha öncə üz çevirdiyiniz kimi üz çevirsəniz, sizi ağrılı-acılı bir əzab ilə cəzalandırar.
Fəth/48:17 Kora bir çətinlik yoxdur, iflicə bir çətinlik yoxdur, xəstəyə də bir çətinlik yoxdur. Kim Allaha və elçisinə tabe olarsa, O onu içindən çaylar axan cənnətlərə daxil edər. Kim üz çevirərsə, onu da ağrılı-acılı bir formada cəzalandırar.

Zəriyət/51:38 Musada da (bir dərs vardır). Onu Firona açıq-aşkar bir dəlil ilə göndərmişdik.
Zəriyət/51:39 Əyanları ilə birlikdə üz çevirdi və "Ya bir sehrbazdır, ya da bir dəlidir," dedi.

Nəcm/53:29 Mesajımızdan üz çevirən və dünya həyatından başqasını arzulamayan kimsəyə önəm vermə.

Qamər/54:2 Bir möcüzə görsələr üz çevirərlər və, "Davam eden bir sehrdir" deyərlər.

Hədid/57:24 Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Kim üz çevirərsə, şübhəsiz Allah Zəngindir, Tərifəlayiq olandır.

Təğabun/64:6 Çünki, elçiləri onlara açıq-aşkar dəlillərlə gedirlər və onlar isə, "Bizə doğru yolu bir insanmı göstərəcək?" deyirdilər. Beləcə inkar edib üz çevirirdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah Zəngindir, Təriflənəndir.
Təğabun/64:12 Allaha tabe olun, elçisinə tabe olun. Üz çevirsəniz, elçimizin görəvi açıq-aydın bildirməkdən ibarətdir.

Cinn/72:17 (Ona görə) ki, onunla onları sınayaq. Kim Rəbbinin mesajından üz çevirərsə, onu çətin və yoxuşlu bir cəzaya sürərik.

Muddəssir/74:49 Elə isə nə üçün bu mesajdan üz çevirirlər?


Ğaşiyə/88:24 Allah onu ən böyük cəza ilə cəzalandırar.