Şuəra - 26:98 "Çünki sizi aləmlərin Rəbbinə tay tuturduq."
Başqalarını, Allahla necə eyni tutdular?
Ənam/6:94 "Sizi ilk dəfə yaratdığımız kimi Bizə tək olaraq gəldiniz. Sizə xəyal kimi göstərdiyimiz şeyləri ardınızda buraxdınız. Haqqınızda (veriləcək qərarda Tanrı ilə) ortaq davranacaqlarını iddia etdiyiniz şəfaətçilərinizi yanınızda görmürük. Aranızdakı bağlar kəsilmişdir. İddia etdikləriniz sizi tərk etmişdir."

Bəqərə/2:165 Allahdan başqasını tanrı qəbul edən və Allahı sevər kimi onları sevən kimsələr var. İman edənlər isə ən çox Allahı sevər. O zülm edənlər, əzabı gördükləri zaman bütün gücün Allaha aid və Allahın əzabının çətin olduğunu anlayacaqlarını bir bilsəydilər!

Ali İmran/3:80 Və sizə, mələkləri və peyğəmbərləri rəblər qəbul etməyinizi də əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə heç inkar etməyi əmr edərmi?

Məryəm/19:81 Onlara dəstək olsunlar deyə Allahla yanaşı tanrılar qəbul etdilər.