Nəml - 27:40
Kitab bilgisinə sahib olan biri də, "Mən onu, gözünü qırpman üçün sərf olunan vaxtdan daha tez gətirə bilərəm!" dedi. Onu yanında dayanmış görüncə, "Bu Rəbbimin bir lütfüdür. Şükürmü, yoxsa nankorluqmu edəcəyimi sınayır. Şükür edən özü üçün şükür etmiş olar. Nankorluq edən də, bilsin ki, mənim Rəbbim Zəngindir, Şərəflidir," dedi.
Kitab biliyindən məqsəd, Allah qatındakı "Ana Kitab" ola bilərmi?
Ənam/6:59
Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.
Yunus/10:61
Hansı durumda olursunuz olun, Qurandan nə oxuyursunuz oxuyun, hansı işi görərsəniz görün, siz onlarla uğraşarkən Biz mütləq sizə şahid oluruq. Göylərdə və yerdə olan bir atom ağırlığı belə Rəbbinin kontrolunun xaricinə çıxa bilməz. Atomdan da kiçik olsun, böyük olsun, hər şey açıq-aşkar bir kitabda qeyd edilmişdir.
Həcc/22:70
Allahın göydə və yerdə olan hər şeyi bildiyini bilmirsənmi? Bütün bunlar bir kitabda qeyd edilmişdir (yazılmışdır). Əlbəttə bu Allah üçün asandır.
Nəml/27:75
Göylərdə və yerdə gizli olan hər şey, istisnasız açıq-aşkar bir kitabdadır.
Səba/34:3
İnkar edənlər, "Saat, heç vaxt gerçəkləşməyəcək," dedilər. De ki, "Şübhəsiz, Rəbbimə and olsun sizə gələcəkdir. O, gələcəyi Biləndir. Göylərdə və yerdə bir atom ağırlığı Ondan gizli qalmaz. İstər ondan kiçik olsun, yaxud böyük olsun... Hamısı açıq-aşkar bir kitabdadır.
Zuxruf/43:4
O, ana kitabda (qorunur), qatımızda üstündür, hikmətlidir.
Vaqiə/56:77
Bu, şərəfli bir Qurandır,
Vaqiə/56:78
Gizli bir ktabdadır.
Hədid/57:22
Yer üzündə və aranızda olan heç bir şey yoxdur ki, Biz onu yaratmadan öncə bir kitabda qeyd edilmiş (yazılmış) olmasın. Bu, şübhəsiz Allah üçün çox asandır.