Nəml - 27:50 Beləcə bir plan qurdular, ancaq onlar fərqinə varmadan Biz də bir plan qurduq.
Planları Allahın kontrolundaydı:
Tur/52:42 Yoxsa bir planmı tətbiq etmək istəyirlər? Halbuki kafirlərin özləri bir plana məhkum edilmişdir.

Rad/13:42 Onlardan öncəkilər də hiylələr qurdular; halbuki bütün hiylələr Allaha aiddir. Hər kəsin qazandığını bilir. Kafirlər də zəfərin kimə aid olduğunu biləcəklər.

Ənfal/8:30 İnkar edənlər səni təsirsiz hala gətirmək və ya səni öldürmək, ya da səni yurdundan qovub çıxartmaq üçün planlar qururdular. Onlar plan qururlarsa, Allah da plan qurur. Allah plan quranların Ən Ustasıdır.

Yunus/10:21 Onlara toxunan bir sıxıntıdan sonra insanlara bir rəhmət daddırdığımız zaman, ayə və möcüzələrimizə qarşı dərhal bir plan qurarlar. De ki: "Plan qurmada Allah daha cəlddir. Elçilərimiz, qurduğunuz bütün planları qeyd etməkdədir."

Ənfal/8:42 O vaxt siz vadinin bəri yamacında, onlar da vadinin o biri yamacında mövqe almışdı. Karvan da sizdən daha aşağıda idi. Bu qarşılaşmanı siz qərarlaşdırsaydınız, qarşılaşma mövzusunda anlaşmazlığa düşəcəkdiniz. Halbuki Allah, edilməsi öncədən planlanmış bir işi gerçəkləşdirməkdə idi. Beləcə, məhv edilən, açıq-aşkar bir dəlillə məhv edilsin, yaşayan da açıq-aşkar bir dəlillə yaşadılsın. Allah Eşidəndir, Biləndir.