Nəml - 27:57
Biz də onu və ailəsini qurtardıq, yalnız arvadından başqa; onu geridə qalanlardan saydıq.
Bu ifadə iki mənalıdır; həm geridə buraxılıb həlak edilənlərdən olacaq, həm də axirətdə geridə qalanlardan / bədbəxtlərdən, əzaba layiq olanlardan olacaq.
Hicr/15:24
İrəliləyənlərinizi də bilirik, geridə qalanları da bilirik.
Hicr/15:60
"Yalnız arvadından başqa; onun geridə qalanlardan olmasını qərarlaşdırdıq," dedilər.
Vaqiə/56:7
Sizlər də üç bölümə ayrılarsınız.
Vaqiə/56:8
Xoşbəxtlər nə qədər də xoşbəxtdirlər!
Vaqiə/56:9
Bədbəxtlər nə qədər də bədbəxtdirlər!
Vaqiə/56:10
Bir də irəli keçən öncü elitalar (seçilmişlər) vardır.
Muddəssir/74:36
İnsanlara bir xəbərdarlıqdır.
Muddəssir/74:37
İrəliləmək yaxud, geridə qalmaq istəyənləriniz üçün.
Muddəssir/74:38
Hər kəs öz günahı ilə məhkum olar.