Nəml - 27:59
De ki, "Tərif Allaha xasdır. Salam (sülh) da seçdiyi qullarına olsun. Allahmı, yoxsa onların ortaq qoşduqlarımı daha yaxşıdır?"
Seçdiyi qullardan məqsəd kimlərdir?
Məryəm/19:51
Kitabda Musanı xatırla. O özünü tamamilə (Allaha) həsr edən biri idi. Peyğəmbər olan bir elçi idi.
Məryəm/19:54
Kitabda İsmaili xatırla! O sözündə duran biri idi. Eyni zamanda peyğəmbər olan bir elçi idi.
Məryəm/19:56
Kitabda İdrisi xatırla. O peyğəmbər olan bir doğruçu idi
Məryəm/19:58
Bax bunlar, Allahın nemətləndirdiyi peyğəmbərlərin bir qismidir. Adəmin soyundan, Nuh ilə birlikdə (gəmidə) daşıdıqlarımızdan, İbrahimin və İsrailin soyundan... Doğruya yetişdirdiyimiz və seçdiyimiz kimsələrdir onlar. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə varırlar.
Ali İmran/3:33
Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmranın ailəsini insanların arasından (elçi olaraq) seçdi.
Bəqərə/2:130
Özünü aldadandan başqası İbrahimin dinindən üz çevirməz. Onu bu dünyada seçdik, axirətdə də müttəqi kəslərdən olacaq.
Bəqərə/2:151
Həmçinin, sizə ayələrimi oxuyacaq, sizləri təmizləyəcək, sizə kitab və hikməti öyrədəcək, bilmədiklərinizi bildirəcək bir elçini aranızdan seçib göndərdik.
Ənam/6:83
Bunlar, xalqına qarşı istifadə etməsi üçün İbrahimə verdiyimiz mübahisə üsuludur. İstədiyimizi dərəcələrlə yüksəldərik. Rəbbin Hikmət sahibidir, Biləndir.
Ənam/6:84
Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Ənam/6:85
Zəkəriyya, Yəhya, İsa və İlyasa da... Hamısı da yaxşılardan idi.
Ənam/6:86
İsmail, Əl-Yəsə, Yunus və Luta da... Hamısını insanlara üstün etdik.
Ənam/6:87
Atalarından, soylarından və qardaşlarından bir çoxunu seçib doğru yola yönəltdik.
Nəhl/16:120
İbrahim, Allaha boyun əyən, monoteist bir öncü idi. Heç bir vaxt ortaq qoşmadı.
Nəhl/16:121
Onun nemətlərinə şükür edən idi. Onu seçdi və onu doğru yola yönəltdi.
Ta ha/20:11
Oraya varınca, "Ey Musa!" deyə səs gəldi.
Ta ha/20:12
"Mən, bəli Mən sənin Rəbbinəm. Nəleyinini (başmaqlarını) çıxart. Çünki sən müqəddəs vadidə, Tuvadasan."
Ta ha/20:13
"Mən səni seçdim, elə isə vəhy olunanı dinlə."
Əraf/7:144
Dedi ki: "Musa, mesajlarımla və səninlə danışmamla səni xalqın üzərinə seçdim. Sənə verdiklərimi al və şükür edənlərdən ol."
Nəml/27:59
De ki, "Tərif Allaha xasdır. Salam (sülh) da seçdiyi qullarına olsun. Allahmı, yoxsa onların ortaq qoşduqlarımı daha yaxşıdır?"
Fatir/35:32
Sonra qullarımızdan seçdiklərimizi kitaba varis etdik. Onlardan bəzisi özlərinə zülm edənlərdir, bəzisi orta yolu tutar, bəzisi də Allahın izni ilə yaxşı işlərdə öncüdür. Bax böyük lütf budur.