Nəml - 27:7 Bir vaxt Musa ailəsinə belə demişdi: "Mən, bir atəş gördüm, sizə ondan bir xəbər gətirim, yaxud bir məşəl gətirim ki, qızınasınız.
Musa peyğəmbərin ailəsi:
Qasas/28:15 Xalqının xəbəri olmadığı bir vaxtda şəhərə girmişdi. Orada iki adamın vuruşduğunu gördü; biri onun tərəfindən (İbrani), digəri də düşmən tərəfindən (Misirli) idi. (Onun) tərəfindən olan adam düşməninə qarşı ondan yardım istədi. Buna görə də Musa o birinə bir yumruq vurub işini bitirdi. "Bu şeytanın bir işidir; o bir düşməndir, açıq-aşkar bir azdırıcıdır," dedi.
Qasas/28:16 (Musa) dedi: "Rəbbim! Mən özümə haqsızlıq etdim, məni bağışla." O da onu bağışladı. Çünki O, Bağışlayandır, Rəhmlidir.
Qasas/28:17 (Musa) dedi: "Rəbbim, Mənə bağışladığın nemətlərə qarşılıq olaraq bundan belə günahkarlara yardım etməyəcəyəm."
Qasas/28:18 Qorxu içində, ətrafa göz qoya-qoya şəhərdə səhərə çıxdı. Ondan dünən yardım istəyən adam, fəryad edərək yenə ondan yardım istəyirdi. Musa ona, "Bəlli ki, sən bir bəlalısan," dedi.
Qasas/28:19 Ortaq düşmənlərini yaxalamaq istəyincə, "Musa, dünən birisini öldürdüyün kimi, bu gün də mənimi öldürmək istəyirsən? Sən, yer üzündə müttəqi biri olmaq istəmirsən; bir zülmkar olmaq istəyirsən," dedi.
Qasas/28:20 Şəhərin o biri yanından qaça-qaça gələn bir adam, "Musa! Zadəganlar səni öldürmək üçün öz aralarında danışıqlar aparırlar. Tez buranı tərk et; mən sənə öyüd verməkdəyəm," dedi.
Qasas/28:21 (Musa) qorxu içində, ətrafına baxa-baxa oradan qaçdı. "Rəbbim, məni bu zalım camaatdan qurtar," dedi.
Qasas/28:22 Mədyənə doğru yönəlincə, "Ümid edirəm Rəbbim məni doğruya yönəldər," dedi.
Qasas/28:23 Mədyən suyuna çatdığında, orada heyvanlarını sulayan insanlardan bir qrupa rast gəldi. Onların arxasında kənarlaşdırılıb-qovulan iki qadın gördü. Onlara, "Nə etmək istəyirsiniz?" dedi. "Çobanlar sulayıb çəkilmədən sulaya bilmərik. Atamız da çox yaşlı bir adamdır," dedilər.
Qasas/28:24 Onlar üçün suladı, sonra kölgəyə çəkildi və dedi: "Rəbbim, Sənin mənə bağışlayacağın hər şeyə möhtacam."
Qasas/28:25 Çox keçmədən onlardan biri utana-utana onun yanına gəldi və dedi: "Atam, bizim üçün sulamağına qarşılıq olaraq sənə ücrət vermək istəyir." Onunla qarşılaşıb ona başına gələnləri danışınca o, "Qorxma! Zalım topluluqdan qurtulmusan," dedi.
Qasas/28:26 Onlardan biri, "Atacan, ona iş ver. O, sənin ücrətlə tutduqlarının ən yaxşısıdır; həm güclü, həm də güvənilir biridir," dedi.
Qasas/28:27 Dedi ki: "Mənə səkkiz həcc boyunca işləmək şərti ilə səni bu qızlarımdan biri ilə nikahlamaq istəyirəm. İstəyərsən onu ona (on ilə) tamamlaya bilərsən. Səni sıxıntıya salmaq istəmirəm. Allah istəyərsə, məni müttəqi davranan biri olaraq görəcəksən."
Qasas/28:28 Dedi ki, "Bu, səninlə mənim aramda olan bir sözləşmədir (razılaşmadır). Hansı müddəti yerinə yetirərsəm mənə düşmənçilik olmamalıdır. Danışdıqlarımıza Allah zamindir."
Qasas/28:29 Musa, o müddəti bitirib ailəsi ilə birlikdə yola çıxınca Turun yamacında bir atəş gördü və ailəsinə, "Burada dur, mən bir atəş gördüm. Bəlkə sizə ondan bir xəbər və ya bir atəş közü gətirərəm ki, onunla qızınarsınız," dedi.