Nəml - 27:81 Koru da azğınlığından çıxarıb (doğru) yola yönəldə bilməzsən. Sən ancaq, ayələrimizə iman edənlərə eşitdirə bilərsən; onlar (anlatdığın çağırışı) qəbul edərlər.
27: 80, 81 ilə əlaqəli ayə:
Qasas/28:56 Sən sevdiyini doğruya yönəldə bilməzsən. İstədiyini doğruya yönəldən sadəcə Allahdır. Doğru yolda olanları da yaxşı bilir.

Fatir/35:22 Nə də dirilər ilə ölülər eynidir. Allah, kim/kimi istəyərsə ona eşitdirər. Sən məzarlarda olanlara eşitdirə bilməzsən.

Zuxruf/43:40 Sənmi kara eşitdirəcəksən, yaxud koru və açıq-aşkar bir azğınlıqda olanı yola gətirəcəksən?

Rum/30:52 Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Rum/30:53 Koru da azğınlığından qurtarıb yola gətirə bilməzsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirə bilərsən ki, onlar dərhal təslim olarlar.

Nəml/27:80 Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
Nəml/27:81 Koru da azğınlığından çıxarıb (doğru) yola yönəldə bilməzsən. Sən ancaq, ayələrimizə iman edənlərə eşitdirə bilərsən; onlar (anlatdığın çağırışı) qəbul edərlər.