Nəml - 27:92 Və Quranı oxumaqla da... Kim doğrunu taparsa, öz xeyri üçün doğrunu tapmışdır. Kim azarsa, mən xəbərdar edənlərdən biriyəm.
Kim doğru yolu taparsa:
Muhəmməd/47:17 Doğru yolu tapanların isə hidayətini artırar və onların müttəqi olmalarını təmin edir.

Məryəm/19:76 Allah, doğru yolu seçənlərin hidayətini artırır. Müttəqi işlər, Rəbbinin qatında əbədi olaraq ən yaxşı mükafata və ən yaxşı aqibətə layiqdir.

Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Əraf/7:43 Kökslərindən kin və qısqanclıq duyğularını çıxardıq. Altlarından çaylar axarkən: "Bizi buna yetişdirən Allaha təriflər olsun. Allah bizi doğruya yönəltməsəydi biz doğrunu tapa bilməzdik. Rəbbimizin elçiləri gerçəyi gətirmişdilər," dedilər. Onlara: "Bax bu Cənmət sizindir. Etdiklərinizə qarşılıq olaraq onu miras aldınız," deyə səsləndik.