Qasas - 28:14 Yetkinlik çağına gəlib kamilləşincə ona hikmət və bilgi verdik. Yaxşı davrananları belə mükafatlandırırıq.
Əhqaf/46:15 Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.