Qasas - 28:35 (Allah) dedi ki, "Səni bazunu qardaşınla gücləndirəcəyik və ikinizə elə bir səlahiyyət verəcəyik ki, sizə toxuna bilməyəcəklər. Siz ikiniz və sizin ardınızca gedənlər möcüzələrimizlə zəfər qazanacaqsınız."
Musa peyğəmbərə qardaşı Harunun peyğəmbər olaraq təyin edilməsi:
Məryəm/19:53 Qatımızdan bir rəhmət olaraq qardaşı Harunu ona peyğəmbər olaraq ərməğan etdik.


Furqan/25:35 Biz Musaya kitabı vermiş və qardaşı Harunu da ona yardımçı olaraq təyin etmişdik.

Şuəra/26:10 Bir zaman Rəbbin Musaya səslənmişdi: "O zalım camaatın yanına get"
Şuəra/26:11 "Fironun xalqının yanına; dinləyib düzəlməyəcəklərmi?"
Şuəra/26:12 Dedi ki, "Rəbbim, onların məni yalanlamalarından qorxuram."
Şuəra/26:13 "Köksüm daralır, dilim açılmır; qardaşım Harunu göndər."
Şuəra/26:14 "Ayrıca, onların yanında günahkar biriyəm. Qorxuram ki, məni öldürsünlər."
Şuəra/26:15 Dedi ki, "Xeyr, siz ikiniz ayələrimizlə (vəhy və möcüzələrimizlə) gedin. Biz sizinlə birlikdəyik; dinləyirik."

Qasas/28:30 Oraya yetişincə (yanan) ağacın olduğu mübarək bölgədə, sağ yamacın kənarından ona səslənildi: "Musa, Mən aləmlərin Rəbbi Allaham."
Qasas/28:31 "Dəyənəyini at!" Onu bir ilan kimi titrəşən görüncə, ardına belə baxmadan dönüb qaçdı. "Musa, (geri) dön, qorxma! Sən güvəndəsən!"
Qasas/28:32 "Əlini qoynuna sal, qüsursuz ağappaq çıxsın. Qorxudan açılan qanadlarını qatlayıb endir. Bu ikisi, Firon və zadəgan dəstəsinə qarşı Rəbbindən iki dəlildir. Onlar yoldan çıxan bir camaat olmuşlar."
Qasas/28:33 (Musa) dedi ki, "Rəbbim, Mən onlardan bir nəfəri öldürmüşdüm. Məni öldürəcəklərindən qorxuram."
Qasas/28:34 "Ayrıca, qardaşım Harun məndən daha yaxşı danışır. Onu mənimlə birlikdə, məni dəstəkləyən bir yardımçı olaraq göndər. Məni yalanlamalarından qorxuram."
Qasas/28:35 (Allah) dedi ki, "Səni bazunu qardaşınla gücləndirəcəyik və ikinizə elə bir səlahiyyət verəcəyik ki, sizə toxuna bilməyəcəklər. Siz ikiniz və sizin ardınızca gedənlər möcüzələrimizlə zəfər qazanacaqsınız."