Qasas - 28:46 (Musanı) çağırdığımız zaman Turun yamacında da deyildin. Ancaq, səndən öncə özlərinə  bir xəbərdar edən gəlməmiş bir camaatı xəbərdar etməyin üçün Rəbbindən bir rəhmət olaraq (sənə bilgi veririk); bəlkə öyüd alarlar.
44, 45, 46 ayələri əsasında; Sən lap əvvəlki kitablardan və həmçinin bu bilgilərdən xəbərdar deyildin, əks təqdirdə inkar edənlərin Quranın uydurulmuş olduğuna dair bəhanələri olacaqdı:
Ənkəbut/29:48 Sən daha öncəki kitablardan heç birini oxumurdun və onları əlinlə də yazmırdın. Belə olan halda, yanlışı müdafiə edənlərin şübhələnməsi üçün bir bəhanə yaranacaqdı.

Əraf/7:157 Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.

Şura/42:52 Biz beləcə sənə qatımızdan bir ruh vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Ancaq onu, istədiyimiz qulları doğruya yetişdirən bir nur etdik. Sən əlbəttə doğru yola bələdçilik edirsən.