Qasas - 28:53
Onlara oxunduğu zaman, "Ona iman etdik. Bu, Rəbbimizdən gələn gerçəkdir. Onsuz da ondan öncə də müsəlmanlar idik," deyərlər.
Əlaqəli:
Maidə/5:44
İçində hidayət və nur olan, Tövratı Biz nazil etdik. Müsəlman peyğəmbərlər onunla Yəhudilər arasında hökm verirdilər. Xaxamlar və din bilənləri də Allahın kitabından əmr edildikləri şeylərlə hökm verirlər və ona görə şahid olurdular. İnsanları ucaltmayın, Məni ucaldın və ayələrimi ucuz bir qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər inkar edəndir.
Ənbiya/21:25
Səndən öncə (elə) bir elçi göndərmədik ki, ona: "Məndən başqa tanrı yoxdur; sadəcə Mənə qulluq edin!" deyə vəhy etmiş olmayaq.
Bəqərə/2:140
İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."
Ali İmran/3:67
İbrahim nə Yəhudi idi, nə də Xristian; Təkallahlı (hənif) bir müsəlmandı. Heç bir zaman ortaq qoşanlardan olmadı.
Maidə/5:14
“Biz Xristianıq!”– deyənlərdən də söz almışdıq. Ancaq onlar da xəbərdar edildikləri şeylərin bir qismini unutdu. Buna görə də dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq. Etdikləri hər şeyi Allah onlara bildirəcək.
Qasas/28:52
Özlərinə daha əvvəlki kitabları verdiklərimiz buna iman edirlər.
Qasas/28:53
Onlara oxunduğu zaman, "Ona iman etdik. Bu, Rəbbimizdən gələn gerçəkdir. Onsuz da ondan öncə də müsəlmanlar idik," deyərlər.