Qasas - 28:65
O gün onlara səslənərək: "Elçilərə necə bir cavab verdiniz?" deyər.
Elçilərə necə cavab verdilər?
Mulk/67:8
Az qala öfkədən partlayacaq! İçinə hər nə zaman bir qrup atılsa, oranın gözətçiləri, "Sizə bir xəbərdar edici gəlmədimi?" deyə soruşdular.
Mulk/67:9
Onlar da dedilər ki, "Bəli, bizə bir xəbərdar edici gəlmişdi, amma biz yalanladıq və 'Allah heç bir şey nazil etməmişdir. Siz tamamilə yoldan çıxmışsınız', dedik."
Mulk/67:10
"Dinləsəydik və ya ağlımızı işlətsəydik biz bu atəşin əhli içində olmazdıq," dedilər.
Mulk/67:11
Beləcə günahlarını etiraf etdilər. Atəşin əhli uzaq olsunlar.