Qasas - 28:66 O gündə gerçəkləşən hadisələr qarşısında çaşbaş qalacaqlar.
İnkar edənlər dirilmə günü yanlış yolda olduqlarını heyrət içində öyrənəcəklər:
Ənam/6:94 "Sizi ilk dəfə yaratdığımız kimi Bizə tək olaraq gəldiniz. Sizə xəyal kimi göstərdiyimiz şeyləri ardınızda buraxdınız. Haqqınızda (veriləcək qərarda Tanrı ilə) ortaq davranacaqlarını iddia etdiyiniz şəfaətçilərinizi yanınızda görmürük. Aranızdakı bağlar kəsilmişdir. İddia etdikləriniz sizi tərk etmişdir."

Yunus/10:28 Onları bir araya topladığımız gün, ortaq qoşanlara; "Siz və ortaqlarınız haydı yerinizə!" deyərək bir-birlərindən ayırarıq. Ortaqları isə: "Siz bizə qulluq etmirdiniz," deyərlər.
Yunus/10:29 "Bizimlə sizin aranızda Allah şahiddir ki, biz sizin qulluq etmənizdən xəbərsiz idik."

Hud/11:20 Onlar, yer üzündə qaçıb qurtula bilməzlər və Allahdan başqa dost və sahibləri yoxdur. Onlara əzab qat-qat artırılar. Çünki onlar eşidə bilmədilər, görə bilmədilər.
Hud/11:21 Onlar, şəxsiyyətlərini itirənlərdir. Və uydurduqları şeylər də onları tərk etmişdir.

Nəhl/16:86 Ortaq qoşanlar, ortaq qoşduqları kimsələri gördükləri zaman, "Rəbbimiz, Səndən başqa çağırdığımız ortaqlarımız bax bunlardır," deyərlər. (Onlar da), "Siz yalançılarsınız (biz sizin bu günahınıza heç bir zaman ortaq olmadıq)," deyə qarşılıq verərlər.
Nəhl/16:87 O gün tamamilə Allaha təslim olmuşdurlar və uydurduqları şeylər də onları tərk etmişdir.

Məryəm/19:81 Onlara dəstək olsunlar deyə Allahla yanaşı tanrılar qəbul etdilər.
Məryəm/19:82 Tam əksi! (Ortaqları) bu qulluq/xidmət etməyi rədd edəcəklər və onlara qarşı çıxacaqlar.

Furqan/25:17 Onları və onların Allahdan başqa qulluq/xidmət etdiklərini topladığı gün, "Bu qullarımı sizmi azdırdınız, yoxsa onlarmı yolu azdılar?" deyər.
Furqan/25:18 "Sən Ucasan, Səninlə yanaşı kimsəni vəlilər qəbul etmək bizə yaraşmaz. Fəqət, Sən onlara və atalarına nemətlər bağışladın. Nəhayət, onlar mesajı unudub dəyərsiz bir camaat oldular," deyə qarşılıq verdilər.

Rum/30:12 Saatın gerçəkləşdiyi gün günahkarlar şok olarlar.
Rum/30:13 Qoşduqları ortaqlarından da onlara şəfaət edən heç bir kimsə çıxmaz; ortaqlarını inkar edərlər.

Ğafir/40:73 Sonra onlara belə deyilər, "Haradadır otaq qoşduqlarınız,"
Ğafir/40:74 "Allahla yanaşı?" Onlar da deyərlər ki, "Bizi tərk etdilər. Halbuki biz daha öncə heç bir şeyə yalvarmamışıq." Allah inkar edənləri bax belə azdırır.

Fussilət/41:47 Saatın (dünyanın sonunun) bilgisi Onun qatındadır. Onun bilgisi olmadan nə meyvələr qabıqlarından çıxa bilər, nə də bir dişi hamilə qalar və ya doğar. "Hanı Mənim ortaqlarım, haradadır?" deyə onlara səsləndiyi gün, onlar: "Heç birimizin buna şahidlik etmədiyini Sənə ərz edirik," deyərlər.
Fussilət/41:48 Daha öncə yardım üçün çağırdıqları (dinə ortaq qoşduqları kəslər) onlardan uzaqlaşmışdır. Artıq qaçacaq bir yerləri olmadığını anlayarlar.

Əhqaf/46:5 Allahı buraxıb, sonra da Dirilmə Gününə qədər onlara cavab verə bilməyən və hətta onların dualarından belə xəbərsiz olanları çağıranlardan daha azğın kim ola bilər?
Əhqaf/46:6 İnsanlar toplandığı zaman onlara (ortaq qoşanlara) düşmən olacaqlar və onların (ortaq qoşanların) onlara qulluq/xidmət etmələrinə qarşı çıxacaqlar.

Təğabun/64:9 Gün gələr, sizi toplanma günü üçün toplayarıq. Bu, aldanma günüdür. Kim Allaha iman edər və müttəqi davranarsa, pisliklərini örtər və onu altından çaylar axan cənnətlərə daxil edər. Orada əbədi qalarlar. Böyük uğur məhz budur.

Mulk/67:20 Rəhmandan başqa sizə yardım edəcək o ordularınız haradadır? Gerçəkdən, inkar edənlər aldanmaqdadırlar.