Qasas - 28:70 O, Allahdır. Ondan başqa tanrı yoxdur. Əvvəldə də,  Axırda da təriflər Onadır. Bütün hökm də Ona aiddir və Ona döndəriləcəksiniz.
Din (Haqq-hesab) günü bütün qərarlar Allaha aiddir:
Kəhf/18:26 "Onların orada nə qədər qaldıqlarını Allah daha yaxşı bilir," de. Göylərin və yerin bütün gizli şeyləri Onundur. O, nə gözəl görəndir! O, nə gözəl eşidəndir! Onların Ondan başqa bir yardımçısı yoxdur. O, hökmünə kimsəni ortaq etməz.

İnfitar/82:19 O gün kimsənin kimsəyə yardımı toxunmaz. O gün bütün qərarlar yalnız Allaha aiddir.

Həcc/22:56 İdarəetmə və hakimiyyət, o gün tamamilə Allaha aiddir. Onların arasında hökm verəcəkdir. İman edib müttəqi işlər görənlər, nemət cənnətlərindədir.

Ğafir/40:18 Onları yaxınlaşan gün haqqında xəbərdar et, o zaman ürəklər qırtlaqlarda dayanmışdır, udqunurlar. Zalımlar üçün nə bir dost, nə də sözü dinlənilən bir şəfaətçisi vardır.

Nəcm/53:26 Göylərdəki mələklərin belə şəfaəti bir fayda verməz. Ancaq Allahın istədiyi kimsə üçün izin verməsindən və Onun rizasına uyğun olduqdan sonra...

Duxan/44:40 Hamısı Qərar Günü toplu şəkildə cəmlənəcəklər.
Duxan/44:41 O gün dost, dostunu heç bir şeydən qoruya bilməz və yardım da görməzlər.
Duxan/44:42 Yalnız Allahın mərhəmət etdikləri xaric. O, Üstündür, Rəhmlidir.

Loğman/31:33 Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.