Qasas - 28:70
O, Allahdır. Ondan başqa tanrı yoxdur. Əvvəldə də, Axırda da təriflər Onadır. Bütün hökm də Ona aiddir və Ona döndəriləcəksiniz.
"Son"dan məqsəd nədir?
Rad/13:35
Müttəqilərə söz verilən Cənnətin örnəyi budur: Altından çaylar axar, meyvəsi də daimidir, kölgəsi də. Bu müttəqilərin sonudur. Kafirlərin sonu isə atəşdir.
Rad/13:22
Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.
Qiyamə/75:12
O gün son durulacaq yer Rəbbinin hüzurudur.