Qasas - 28:75
Hər bir camaatdan bir şahid seçər və, "Dəlilinizi gətirin!" deyərik. Beləcə, bütün gerçəyin Allaha aid olduğunu öyrənəcəklər və uydurmuş olduqları şeylər onları buraxıb gözdən itəcəkdir.
Tək keçərli dəlil; vəhy-kitab:
Ənam/6:148
Ortaq qoşanlar, "Allah istəməsəydi, nə biz, nə atalarımız ortaq qoşmaz, və heç bir şeyi də haram etməzdik," deyəcəklər. Onlardan öncəkilər də əzabımızı dadıncaya qədər eyni şəkildə yalanlamışdılar. De ki: "Yanınızda bizə göstərə biləcəyiniz hər hansısa bir məlumat varmı? Siz ancaq zənnə (şübhəli və ziddiyyətli rəvayətlərə) uyursunuz və siz sadəcə güman edirsiniz.
Fatir/35:40
De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.
Saffat/37:152
"Allah doğmuşdu." Onlar yalançıdırlar.
Saffat/37:156
Yoxsa açıq-aşkar bir dəliləmi sahibsiniz?
Saffat/37:157
Doğrusunuzsa, kitabınızı gətirin.
Nəcm/53:19
Gördünüzmü (dişi bütləriniz olan) Lat və Uzzanı?
Nəcm/53:20
Və üçüncüləri olan Mənatı?
Nəcm/53:23
Onlar, sizin və atalarınızın qoyduğu isimlərdən başqa bir şey deyildir və Allah onlar üçün heç bir dəlil nazil etməmişdir. Onlara, Rəblərindən bir yolgöstərici gəldiyi halda, sadəcə zehinlərindəki yanlış düşüncələrinin və şəxsi arzularının ardınca gedirlər.
Ənam/6:157
Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.
Nisa/4:174
Ey insanlar! Rəbbinizdən sizə bir dəlil gəldi və üzərinizə açıq-aşkar bir nur endirdik.
Casiyə/45:20
Bunlar, insanlar üçün aydınladıcı dəlillərdir, qəti inanca sahib bir camaata bir rəhbər (yolgöstərən) və rəhmətdir.