Qasas - 28:81
Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.
Qarun kimdir?
Qasas/28:76
Qarun, Musanın xalqından olmasına rəğmən xəyanət edib onlara zülm etdi. Ona elə xəzinələr vermişdik ki, açarları güclü bir topluluğa belə ağır gəlirdi. Xalqı ona belə demişdi: "Qürrələnmə, Allah qürrələnənləri sevməz."
Qasas/28:77
"Allahın sənə verdiyi nemətlərlə, dünyadakı payını unutmadan axirət yurdunu axtar. Allah sənə necə yaxşılıq etmişsə, sən də yaxşılıq et. Yer üzündə fəsad törətməyi axtarma. Allah fəsadçıları sevməz."
Qasas/28:78
Dedi ki, "Bütün bunlar mənə, bilgi və bacarığıma görə verildi." Ondan öncə, özündən daha böyük bir gücə və say baxımından çoxluğa sahib olan neçə-neçə nəsilləri Allahın məhv etdiyini bilmirmi? Suçluların suçları özlərindən soruşulmaz.
Qasas/28:79
Bir vaxtlar, bütün görkəmi ilə xalqının arasına çıxmışdı. Dünya həyatını seçənlər, "Kaş ki, Qaruna verilənlərin bir bənzəri bizə də verilsəydi. Gerçəkdən, o çox şanslı biridir," dedilər.
Qasas/28:80
Özlərinə bilgi verilmiş olanlar, "Təəssüflər olsun sizə, iman edən və müttəqi davranan üçün Allahın mükafatı daha yaxşıdı," dedilər. Buna ancaq səbr edənlər qovuşdurular.
Qasas/28:81
Onu evi ilə birlikdə yerin dibinə batırdıq. Allahdan başqa ona yardım edə biləcək bir dəstəsi yoxdu; qazananlardan olmadı.
Qasas/28:82
Bir öncəki gün onun vəziyyətində olmaq istəyənlər, "Demək ki, Allah qullarından istədiyinə ruzini bol verər, istədiyinə də azaldar. Allah bizə lütf etməsəydi, bizi də batırardı. Demək kafirlər uğur qazana bilməzlər," deməyə başladılar.
Ənkəbut/29:39
Qarun, Firon və Hamanı da... Musa onlara açıq-aşkar dəlillərlə getmişdi; ancaq onlar yer üzündə təkəbbür göstərdilər. Qaçıb qurtula bilmədilər.
Ğafir/40:23
Musanı ayələrimiz və açıq-aşkar bir səlahiyyət ilə göndərdik.
Ğafir/40:24
Firona, Hamana və Qaruna... "Bu, sehrbazın və yalançının biridir," dedilər.