Qasas - 28:82
Bir öncəki gün onun vəziyyətində olmaq istəyənlər, "Demək ki, Allah qullarından istədiyinə ruzini bol verər, istədiyinə də azaldar. Allah bizə lütf etməsəydi, bizi də batırardı. Demək kafirlər uğur qazana bilməzlər," deməyə başladılar.
Dərhal cəzalandırmaz, özlərini düzəldə bilmələri üçün müəyyən bir vaxt verər:
Həcc/22:48
Neçə-neçə şəhərlərin əhalisinə, zalım olduqları halda möhlət verdim və sonra onları hesaba çəkdim; axır dönüş Mənədir.
Kəhf/18:58
Rəbbin Bağışlayandır, Mərhəmət sahibidir. Etdikləriylə dərhal onları haqq-hesaba çəksə, onlar üçün əzabı tezləşdirmiş olardı. Ancaq, onlara müəyyən bir vaxt verir ki, onun kənarına çıxa bilməzlər.
Fatir/35:37
Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.
Fatir/35:45
Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.
İbrahim/14:10
Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
Ya sin/36:43
İstəsəydik onları boğardıq; nə bir çığlıqlarına yetişən olardı, nə də qurtula bilərdilər.
Ya sin/36:44
Bunun yerinə, Bizdən bir mərhəmət görürlər və bəlli bir müddətə qədər diri saxlanılırlar.
Şura/42:34
Yaxud, etdikləri üzündən onları məhv edər. Bunun yerinə bir çoxunu da bağışlayar.